İlham Rəhimov Krımda Putinə dəbdəbəli villa tikdirib - VİDEO-FOTO

Rusiyaya birləşdirilən Krımda prezident Vladimir Putinin beş villadan və vertolyot meydançasından ibarət dəbdəbəli iqamətgahı var və bu iqamətgahı onun azərbaycanlı dostu tikdiribmiş.

Virtualaz.org saytının xəbərinə görə, bu barədə Ukraynanın TSN telekanalının araşdırmasında deyilir.

Xəbərdə bildirilir ki, Rusiya prezidentinin şəxsi maraqları və daşınmaz əmlakı var. Krımda, Simeiz ətrafında dörd tərəfi hasarlanmış nəhəng ərazidə yerləşən dəbdəbəli iqamətgahın rəsmi sahibi “Qazprom”un törəmə şirkətlərindən biridir. Lakin yerli sakinlər oranı “Putinin daçası” kimi tanıyır.

Parkovoye qəsəbəsindən 1 kilometr məsafədə, Simeiz yaxınlığında yerləşən sirli obyektə Krım hələ Ukraynanın tərkibində olanda da heç kimi buraxmırdılar.

Jurnalistlər araşdırıblar ki, nəhəng VİP-iqaməgahı Putinin tələbəlik dostlarından biri, azərbaycanlı milyarder İlham Rəhimov (Azərbaycanda xalq arasında “İlham Putinka” kimi tanınır-red.) tikdirib. Rəhimovun bu iqamətgahı Putinə hədiyyə kimi tikdirdiyi bildirilir. Sonradan isə iqamətgah “Qazprom”un törəmə şirkətlərindən birinin adına rəsmiləşdirilib.

Hazırda iqamətgahdan kommersiya əhəmiyyətli otel kimi istifadə olunur və orada böyük məbləğdə pul ödəməklə ancaq çox varlı adamlar istirahət edə bilər. Lakin hər varlı müştərini də “Putinin daçası”ına buraxmırlar, orada istirahət edənlər ancaq Rusiyanın yüksək rütbəli şəxsləridir.

İqamətgahdakı beş villanın hərəsinin öz hovuzu var, iqamətgahın ayrıca çimərliyi və vertolyot meydançası da mövcuddur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar