İŞĞALDAN ÖNCƏ NƏCMƏDDİN SADIKOV NİYƏ KƏLBƏCƏRDƏN QOŞUNLARI ÇIXARIB?- 21 ildir cavabsız qalan sual -VİDEO-FOTOLAR

Bu gün Kəlbəcərin işğalından 21 il ötür. Rus-erməni birləşmələri tərəfindən həyata keçirilən bu işğalın baş verməsində Azərbycanın daxilindəki xaos, orduda vahid idarəçiliyin olmaması ilə yanaşı,  xəyanətin də rol oynadığına dair iddialar mövcudur. Düzdür, işğaldan 21 il keçsə də, bu xəyanətin kimlər tərəfindən edildiyi hələ də mübahisə mövzusu olaraq qalır, konkret günahkarlar tapılmayıb. Deyə bilərsiz ki, bəlkə də heç xəyanət olmayıb. Ola bilər. Ançaq ölkənin strateji rayonlarından biri ciddi bir döyüş olmadan işğal edilibsə, deməli konkret günahkarlar da var. Bəs kimdi bu günahkarlar. ANS telekanalında hələ 2000-ci ildə lentə alınan, rəhmətlik sabiq prezident Elçibəyin də iştirak etdiyi "Ən yeni tarix" tok-şousunda bu suala cavab axtarılıb.

Həmin verilişdə yüksək sərkərdəlik məharəti və döyüş bacarığı ilə tanınan mərhum general-mayor Zaur Rzayev ilginc faktlar açıqlayır. Hansı ki, bu işğal mərhum Zaur Rzayev Kəlbəcərin müdafiəsindən uzaqlaşdırıldıqdan sonra baş verib.

Aşağıda videosunu təqdim etdiyimiz həmin verilişin 43-cü dəqiqəsində mərhum general-mayor Zaur Rzayev işğalın neçə baş verməsini açıqlayır. O, bildirir: "Aprelin 1-i 1993-cü ildə mən Kəlbəcərdə idim. Girdim qərargaha, orda mənə Nəcmədin Sadıkov Pənah Hüseyni (o vaxtkı baş nazir-müəl.) təqdim etdi... Mən bilmədim nə danışdılar... Qayıdanda P.Hüseyn istəyirdi Seyidlilərdən - yuxarıdan, dağ tərəfdən getsin. Mən isə ona dedim ki, xeyr, mənimlə gedəcəksiniz. Mən onu maşına ortada əyləşdirib, işıqları söndürüb, gətirdim Qılınclı körpüsünə. Çiçək dağın yanında bizim qərargahımız vardı. Bu dedi mən gedirəm. 12 nəfər də onunla adam vardı. Dedim gedin. SƏHƏRİSİ NƏCMƏDDİN SADIKOV GƏLDİ DEDİ Kİ, PƏNAH HÜSEYN MƏNƏ 50 MAŞIN GÖNDƏRİB. Bizim manevr etmək, rotanı bir yerdən digər yerə aparmaq üçün texnikamız yox idi. O (P.Hüseyn-müəl.) da demişdi ki, 50 maşın mən Gəncədən sizə göndərəcəyəm... Nəcmədin Sadıkov saat 1-də gəldi dedi ki, bəs mən xahiş edirəm sizdən, gəlbəcərlilər sizi tanıyır, 50 MAŞIN QALIB MUROVDAĞDA, onları gətirin. Dedim yaxşı. Getdim. Axşam saat 3-də çıxdım Xanlara. Maşın da doludur uşaqlarla. Heç bir maşın yox idi. Getdim Gəncəyə. Gəncədə soruşdum ki, Pənah Hüseyn bura gəlib sizə nəsə deyib?

Dedilər bura gəlməyib, çıxıb gedib, biz onu görməmışık. HEÇ BİR MAŞIN DA YOXDUR. Ordan qayıdanda GÖRDÜM Kİ

BRİQADA HAÇIKƏNDDƏDİR!

Soruşdum, KİM SİZƏ DEDİ ÇIXIN?

Dedilər, NƏCMƏDDİN SADIKOV!

Nəcməddin Sadıkovdan soruşdum LAÇINDAKI briqadanı niyə çıxartdın? Dedi müdafiə nazirinin əmri var."

Qəribə də olsa, o vaxtkı müsafiə naziri Dadaş Rzayev həmin tok-şouda iştirak etsə də, belə bir əmr verib-vermədiyi, Nəçməddin Sadıkovun niyə döyüşsüz Kəlbəcəri tərk etməsi aydınlaşdırılmır.

Qeyd edək ki, Nəçməddin Sadıkov o zaman briqada komandiri olmaqla yanaşı Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edirdi. Ancaq indiyə qədər qoşunları Kəlbəcərdən niyə çıxartması məsələsinə aydınlıq gətirməyib. Ona görə də, KƏLBƏCƏRİN İŞĞALI İLƏ BAĞLI BÜTÜN SUALLARIN CAVABI DA NƏCMƏDDİN SADIKOVDADIR!

Murad Məmmədov

AzPolitika.info

1992-ci ilDaxili ilər naziri İsgəndər Həmidov və Silahlı Qüvvələrinin briqada komandiri Nəcməddin Sadıqov....

General Zaur Rzayev cəbhədə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar