Fərhad Məmmədov Elnur Aslanovun yeni vəzifəsinə etiraz etdi - Şok aşıqlama

Bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alıb.

E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta təyin edilib. Belə ki, o, bu günlərdə prezidentin təsdiqlədiyi əsasnamə ilə adı dəyişdirilən nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsini icra edəcək. E.Aslanov aprelin 1-də kollektivə təqdim olunub və rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Doğrudur, Elnur Aslanovun yeni vəzifəsi bundan əvvəlki məqamı ilə müqayisədə çox kiçikdir. Lakin əsas olan budur ki, prezident onu bir kənara atmadı və yenidən dövlət sisteminin içərisinə buraxdı. Bu, E. Aslanovu nəzarətdə saxlamaq üçün də həyata keçirilə bilər, eyni zamanda onun bağlı olduğu şəbəkənin qudrətini nəzərə alaraq, kompromis addım kimi də qiymətləndirilə bilər. İstənilən halda, məhz Türkiyədə seçkilər bitəndən dərhal sonra bu təyinatın həyata keçirilməsi maraq doğurur.

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Elnur Aslanovun yeni vəzifəyə təyin olunmasına münasibət bildirib. SAM rəhbəri virtualaz.org saytına açıqlamasında Prezident Administrasiyasının sabiq şöbə müdirinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına etiraz edib.

“Nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır. Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur” - deyə F.Məmmədov bildirib.

Qeyd edək ki, F.Məmmədovla E.Aslanov yaxın dost və həmfikirdirlər.

F.Məmmədovun bu fikirləri müəyyən mənada şok aşıqlama kimi qəbul edilə bilər. Cünki  Elnur Aslanovla bağlı qərarı prezident qəbul edib.  O, dövlət başçısını qərari ilə vəzifədən azad olunub.  Şübhə yoxdur ki, onun yeni təyinatı da prezidentlə razılaşdırılıb. Bu baxşmdan  Fərhad Məmmədovun Elnur Aslanovun yeni vzifəsinə etirazı onunu PREZİDENTİN QƏRARINA etirazı kimi də xarakterizə oluna bilər.  Bu isə "Gülənçilərin" arxasında böyük güçlərin dayandığını və onların yerli  hakimiyyətlərlə hesablaşmadığını bir daha ortaya qoyur.

Murad 

AzPolitika.info

 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar