Əli Kərimlinin oğluna 25 sutka həbs cəzası verildi (YENİLƏNİR)

Milli Şuranın uğurlu mitinqinin qisasını AXCP sədrindən almaq qərarı verdilər

Nəsimi rayon məhkəməsi Türkel Kərimli, Ülvi Nuriyev və Çoşqun Salahovla bağlı qərarını elan edib. T.Kərimli barəsində 25, Ülvi Nuriyev və Çoşqun Salahov barəsində isə 30 sutkalıq inzibati həbs qərarı seçilib.

***

Polis AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlini saxlayıb. Hadisə sentyabrın 22-I Milli Şuranın keçirdiyi mitinqdən sonra baş verib.

Türkel Kərimli mitinqdən sonra iki dostu ilə birlikdə şəhərə gəzməyə çıxıb. Pols onu və dostlarını saxlayıb. Onları Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar. Onlara qarşı seçki ilə bağlı plakatları cırmaq kimi uydurma ittiham irəli sürüblər.

Türkel Kərimli və dostları gecəni 22-ci polis bölməsində keçiriblər. Saxlanılanların yaxınlarına indiyə qədər də hər hansı izahat verilmir. Onların vəziyyəti ətrafında qeyri-müəyyənlik qalır.

(azadliq.info)

***

AXCP-dən bildiriblər ki, Türkel Kərimli Nəsimi rayon məhkəməsinə aparılıb.

***

AXCP sədri Əli Kərimli oğlunun saxlanmasına gətirilən əsası gülünc adlandırıb. Onun sözlərinə görə, oğlu digər namizədlərin plakatlarını cırmaqda ittiham edilir. “Oğlumun polis tərəfindən saxlanmağı xəbəri doğrudur. Dünən mitinqdən sonra saxlanılıb. Bu gün də məhkəməyə aparırlar. Çox gülünc bir iddia edirlər ki, guya yoldaşları ilə birgə namizədlərin plakatlarını cırıblar. Tamamilə absurd bir şeydir. Dünənki mitinqə görə qərara gəliblər ki, mənim oğlumu cəzalandırsınlar. Yəni dolayı yolla məni. Bu mənə qarşı olan təxribatdır”. Sonda Əli Kərimli məhkəmənin bir azdan verəcəyi qərarı gözlədiklərini bildirib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar