Anlaqsız Merkel Bundestaqı alqışlayıb!

Alman «xristian demokratlar»ı erməni «xristian nasistlər»lə ideoloji «qohumluq» birləşdirir!

mirzeMirzə AĞ

Xarici KİV-in yaydığı məlumata görə, Almaniya Federativ Respublikasının (AFR) kansleri, frau Angela Merkel dünən Bundestaqın iclasında debatları Türkiyənin Prezidenti R.T.Ərdoğanın ünvanına tənqidi bəyanatla açan parlament sədri Norbert Lammerti nümyiişkəranə şəkildə alqışlara «qonaq edib». Xəbəri «DPA» agentliyi yayıb.

Məlumata görə, Lammertin, «Demokratik yolla seçilmiş prezidentin 21-ci əsrdə öz tənqidini Bundestaqın demokratik yolla seçilmiş deputatlarının türk mənşəyi ilə bağlayaraq, qanlarını xarab olmuş adlandırmağını mən, mümkün hesab etməzdim» cümləsi zalda sürəkli alqışlara səbəb olub.

Xəbər verildiyi kimi, iyunun 2-də Almaniya Bundestaqı mütləq səs çoxluğu ilə 100 il bundan əvvəl Osmanlı dövlətində guya, ermənilərin söyqırıma məruz qoyulması barədə qətnamə qəbul edib. «Pokazuxa» üçün frau Merkel (əslində, faşist kansler Adolf Hitlerin xələfi sayılan «Vermaxt-fürer» Merkel!) həmin gün səsvermədə iştirak etməyib. Buna baxmayaraq, sonradan Türkiyənin bu məsələyə sərt reaksiyasına münasibət bildirən «Vermaxt-fürer» görünməmiş həyasızlıqla deyib: «Mən, Türkiyənin bu reaksiyasını anlaya bilmirəm...»

Xatırlayırsınızsa, bir müddət əvvəl Türkiyənin hava sərhədini pozmuş Rusiya qırıcı təyyarəsinin Türkiyə silahlı qüvvələri tərəfindən məhv edilməsinə münasibət bildirən Avstriya prezidenti də Türkiyəyə yönəlik belə bir fikir işlətmişdi: «Mən, bunu anlaya bilmirəm». O zaman Avstriya prezidentinin belə sarsaq bəyanatını «Avstriyanın anlaqsız prezidenti» yazısı ilə qarşılamışdım. İndi də frau «Vermaxt-fürer» anlaqsız olduğunu dilə gətirib. Əcəba, Avropada «anlaqsızlıq epidemiyası» baş qaldırıb - bütöv Avropa andaqsız olub?! Belədirsə, necə olur ki, anlaqsız Merkel Bundestaqın həyasız qətnaməsini alqışlara qərq edir? Deməli, anlayır, anladığı qədər də alqışlarla dəstək verir...

Hələ iyunun 2-də bu olayla bağlı «Alman «qələti»» başlıqlı məqalə ilə çıxış etmişdim. İndi Merkelin bu qələti alqışlaması onu göstərir ki, «qələt» təkcə alman deputatların yox, bütövlükdə katolik Almaniyanın «qələti»dir! Əslində, bu, heç qələt də deyil. Çünki qələt, «səhv» mənasına gəlir. Budestaqın qətnaməsi isə gerçək bir həyasızlıqdır! Almaniyalı deputatlarla Almaniya «xristian-demokrat» hökumətinin Türkiyəyə yönəlik iyrənc həmrəyliyi isə məsələnin bir təsadüf olmadığını açıq-aydın göstərir...

Bəs, bu həmrəylik haradan qaynaqlanır? «Alman qələti» yazısında suala qismən cavab vermişəm: Bu həmrəylik Vatikanın «deşiyi»ndən yönəldilir. Nədən ki, Vatikan özü bu «qələti» (əslində, həyasızlığı!) çoxdan yapıb. Amma həmrəyliyin yeganə əsası bu deyil - ermənilərlə, alman «xristian-demokratlar»ı başqa bir ideologiya da bağlayır. Bu, «nasizm» ideologiyasıdır ki, Vatikan onu Hitlerin hakimiyyəti illərində fəal surətdə dəstəkləyib...

«Nasizm» adlı öldürücü narkotikin ermənilərlə almanları birləşdirdiyinə isə heç bir şübhə yeri qalmır. Ermənilərin tarix boyu müəlliflik etdiyi «nasizm»in insanlıq üçün ikrah doğuran nəticələri göz önündədir - əzəli Azərbaycan torpaqlarında yaradılmış Ermənistan aldı monoetnik dövlət! Erməni nasistlər 20-ci əsrin sonunda Azərbaycan ərazisinin daha bir parçasını işğal edib və 20 ildən artıq bir zaman ərzində işğal altında saxlayır. Almaniyanın «xristian-demokrat» parlamenti ermənilərin 20-ci əsrin sonunda törətmiş olduğu Xocalı soyqırımına göz yumduğu bir zamanda, 100 il bundan əvvəl guya, Osmanlı dövlətində ermənilərin genosidə məruz qoyulduğunu iddia edir və beləliklə, öz kompetensiyasında olmayan mətləbə burun soxub, həyasız müzakirələrə baş vurur, «qətnamə» qəbul edir. Bəs, Almaniyanı buna vadar edən ndir?

Sualın iki əsas məntiqi cavabı var. Birincisi, bu hərəkəti ilə Almaniya bir növ, Türkiyəyə təzyiq göstərib, onu zəif salmağa cəhd edir. Nədən ki, Avropaya məhz, zəif Türkiyə lazımdır. Elə bu səbəbdən dolayı da, Avropa İttifaqı müxtəlif bəhanələrlə Türkiyəni öz sırasına qəbul etməkdən yayınır. Həm də miqrant məsələsində Türkiyədən müəyyən güzəştlər umulur. Açıq görünür ki, Türkiyənin yürütdüyü müstəqil xarici siyasət alman «xristian-demokrat»ları əməlli-başlı hövsələdən çıxardıb...

İkincisi əsas isə Ermənistanla Almaniya arasındakı «nasizm» ideoloji «qohumluğu»dur. Buna çoxlu sayda konkret faktlar göstərmək, dəlil-sübutlar gətirmək olar. Uzunçuluq etmədən, bircəsinə barmaq tuşlamaq istəyirəm.

Bu gün yerli KİV-in yaydığı bir xəbərdə deyilir ki, İrəvan şəhərində erməni nasistlər Qaregin Njde adlı erməni faşistinə abidə ucaldıblar. İş o yerə çatıb ki, Rusiya xarici işlər nazirliyi bu məsələyə ciddi reaksiya verib. Məsələn, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova məsələyə belə münasibət bildirib: «Böyük Vətən Müharibəsinə münasibətimiz bəllidir. Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına da münasibətimiz məlumdur. Ona görə də bizim üçün anlaşılan deyil - nəyə görə İrəvanda bu abidə qoyulub?»

Məsələ belədir ki, İkinci dünya müharibəsinin gedişində Qaregin Njde Alman faşistləri ilə əməkdaşlıq edib və SSRİ-yə (deməli, həm də Rusiyaya!) düşmənçilik fəaliyyəti göstərib. Ermənistan hakimiyyəti də bu caninin «murdar xatirəsi»ni əbədiləşdirib. Məlumata görə, abidənin açılış mərasimində Ermənistan prezidenti, hərbi cani Serj Sərkisyan da iştirak edib. Buradan açıq şəkildə görünür ki, erməniləri almanlarla nasizm telləri bağlayır...

Bu «qohumluq»un bir paraleli də var. Vaxtilə yəhudiləri soyqırıma (xolokost) məruz qoyan dövlət proqramını hazırlamış və həyata keçirmiş hərbi cani, murdar nasist Adolf Eyxman qaçıb Argentinada gizlənsə də sonda, məsuliyyətdən yaxa qurtara bilmədi. «Mossad» tayı-bərabəri olmayan bir əməliyyətla onu oğurlayıb İsrailə gətirdi və üzərində böyük səs-küylü məhkəmə quruldu. Məhkəmənin qərarı ilə Eyxman edam olundu. Bu, bir tarixdir və İsraildə yeganə edam aktıdır...

Erməni nasist, hərbi cani Serj Sərkisyan isə hələlik prezidentdir və o, Avropa xristianları, o cümlədən, Almaniya «xristian-demokratları» tərəfindən effektli şəkildə qorunur. Amma bunun da geci-tezi var. Azərbaycan xüsusi xidmət orqanları nə vaxtsa Sərkisyanın da «tərbiyəsi» ilə məşğul olacaq. Mən, buna ümid edirəm. Şübhə etmirəm ki, «Mossad» da bu məsələdə öz təcrübəsini Azərbaycanlı həmkarlarından əsirgəməyəcək...

Belədə, düşünməli olursan: Nə yaxşı ki, erməni nasistlərin himayədarlarından birini də (Almaniya) aşkarladıq. Azərbaycanın bir atalar məsəlində deyilir: «Düşmənimin dostu, mənim düşmənimdir...».

Bundestaqın qətnaməsinə isə «bir pındıq»...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar