NATO, İLK DƏFƏ PUTİNƏ KÖTƏK GÖSTƏRİR! – Rusiya təcavüzkarlığına davam etsə, nə olacaq?

“NATO Putinin Pribaltikada hibrid müharibəsi keçirməsinə qarşı tədbirlər görür”

NATO-nun Pribaltika və Polşada keçirəcəyi dörd hərbi təlimdə alyans ölkələrinin və NATO üzvü olmayan dövlətlərin 51 min əsgəri iştirak edəcək.

Keçmiş diplomat Vladimir Votapek “iDNES.cz” potalına yazdığı şərhdə deyir: ”NATO Kremlin artan təcavüzkar hərbi gücünə qarşı, öz sərhədlərini qorumağa hazır olması barədə reaksiya verməyi qərara alıb”.

Burada söhbət ilk növbədə azsaylı ordusu, böyük rus diasporu və alyansın ən zəif müdafiəsinə malik Pribaltika ölkələrindən gedir. Kreml əksinə iddia edir ki, NATO-nun hərbi təlimləri bizi keçmişə, soyuq müharibə dövrünə itələyir və bu Qərblə Şərq arasındakı gərginliyi qızışdıran lazımsız təxribatdır. Ona görə də təlimlərin ssenarisinə və onların doğurdanmı Rusiyanın təhlükəsizliyinə ciddi təhdid yarada biləcəyinə daha ətraflı baxaq.

- Təcavüzə qarşı NATO nə dərəcədə cəld reaksiya verər?

“Anakonda” təlimlərində 24 ölkədən 31 min əsgər və üç min döyüş texnikası iştirak edir. Ssenaridə Visla çayının şərq ərazilərinin təhlükəsizliyini təmin edəcək desant əməliyyatı keçirilməsi nəzərdə tutulur. Bu təlimlərə əsasən, güman edilən təcavüzü dəf etdikdən sonra hərbi dəstələr Litvanın ərazisinə doğru hərəkətə başlayacaqlar. Manevrlərdə əsasən hibrid müharibələri çərçivəsində təxribatçı əməliyyatların önünü kəsəcək xüsusi təyinatlı birliklər arasında qarşılıqlı əlaqələrin qurulması üzərində işlər görülür.

“Baltpos” təlimlərinin bir hissəsi dəniz və quru əməliyyatlarından ibarət olacaq. “Svift responz” (Sürətli cavab) beynəlxalq desant dəstələrinin iştirak edəcəyi ilk təlimlərdən biridir. Manevrlərin məqsədi ABŞ–ın 82-ci desant divizisiyasının digər müttəfiq çevik hərəkət güclərilə birlikdə verə biləcəkləri cavab tədbirlərinin yoxlanılmasıdır.

Və nəhayət, “Seybr strayk” (Qılınc zərbəsi) əməliyyatı Litva, Latviya və Estoniyanın bir neçə əyalətində 13 iştirakçı ölkə tərəfindən, şərqdən gözlənilən hücumun dəf olunması təlimi olacaq. Biz görürük ki, bütün sadalanan təlimlərin ümumi əsası var: bu təlimlər Pribaltika və Polşaya qarşı ehtimal edilən təcavüzə NATO-nun nə dərəcədə cəld reaksiya verəcəyini yoxlayır. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın ssenarisi son illərin təcrübəsinə dayanır. Belə ki, Kreml öz qonşularına qarşı müntəzəm ordu birlikləri, xüsusi təyinatlı dəstələr, yerli separatçıların dəstəklənməsi və kütləvi təbliğatdan ibarət olan kombinə əməliyyatdan istifadə edib. Bu metod hibrid müharibələri adlandırılır.

- Separatçılara dəstək və sülhməramlılar

Bu nisbətən məhdud məqsədlər üçün cəmləşdirilmiş qüvvələrdir. Çünki ruslar belə zənn edirlər ki, ABŞ və digər dövlətlər özləri üçün strateji əhəmiyyət daşımayan ərazilər naminə, Rusiya ilə geniş miqyaslı qarşıdurmaya getməyəcəklər.

Kreml ilk dəfə bu metodu Moldovanın Pridnestroviya bölgəsində sınaqdan çıxarıb. Hərçənd ki, Moskva öz qoşunlarını bu bölgədən çıxarmaq barəsində bir neçə dəfə söz versə də, ancaq bunu heç zaman yerinə yetirməyib. Yekunda isə süni surətdə psevdo separat rejim böyüdülərək, Moldova ərazisinin işğalını Kreml üçün legitimləşdirməyə cəhd olunub.

Rusiya təcavüzünü öz üzərində hiss edən digər ölkə Gürcüstan oldu. Kreml sistemli şəkildə Abxaziya və Cənubi Osetiyadakı separatçı hərəkatları dəstəkləyərək, orada sülhməramlılar adlandırılan qoşun yerləşdirmişdi. 2008-ci ildə Gürcüstan ordusu Rusiya qoşunları ilə birbaşa münaqişədə olduğu vaxt, bütün beynəlxalq ictimaiyyət Rusiyanın təcavüzkarlığını qınasa da, daha güclü qonşusu qarşısında Gürcüstana hər hansı bir effektli kömək edə bilməmişdi.

Putinin bugünkü mövqeyinin menyusunda Ukrayna yer alıb. Ukraynanın yeni rəhbərliyi avropapərəst təmayüllü yol seçdiyinə görə, Rusiya prezidenti Krımı zəbt etmək və Ukraynanın şərqində separatçı müharibəni alovlandırmağı qərara aldı. Ukraynanın ərazi bütövlüyünün təminatçılarının biri olmasına baxmayaraq, Moskva cinayət yoluna qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra Kiyevə demək olar ki, Sovet nüvə arsenalının təxminən üçdə biri miras qalmışdı və bu Ukraynanı dünyanın üçüncü güclü nüvə dövləti edirdi.

Beynəlxalq ictimaiyyət Kiyevi nüvə silahından imtina etməyə inandırdı. Nüvə silahı olmayan dövlət statusunun əvəzində isə, ABŞ, Rusiya və Böyük Britaniya Ukraynanın ərazi bütövlüyünün və siyasi müstəqilliyinin təminatçısı kimi çıxış edəcəkləri öhdəliyini götürdülər.

- Alyans əsgərlərinin Pribaltikada daimi yerləşdirilməsi

Hal-hazırkı vəziyyətdə həmçinin aydın olur ki, Qərb və NATO Rusiyanın hərəkətlərinə böyük gecikmə ilə reaksiya verir və Avropa ərazisində onların ümumiyyətlə, əgər Moskva Ukraynanın bütün ərazisini işğal etmək istəyərsə, Rusiya ordusunu dayandıra biləcək heç biri gücü yoxdur. Rusiya təcavüzü ilə üz-üzə gələn NATO siyasətçiləri, nəhayət başa düşdülər ki, Kremlin sözləri ilə əməlləri arasında böyük uçurum var ki, bu da bütün Avropadakı sülhü təhlükə altına ala bilər. Ona görə də onlar NATO–nun Rusiya ekspansiyasının növbəti qurbanı ola biləcək alyans ölkələrinə birmənalı şəkildə öz yardımlarını göstərirlər.

Bu qədər sayda hərbi təlimlərin keçirilməsinin razılaşdırılmış qərarlardan biri də, bəzi NATO güclərinin, başlıcası isə amerikalı qüvvələrin Pribaltika ərazisinə yerləşdirilməsidir. Belə olan təqdirdə rusların nəinki yerli Pribaltika qüvvələriylə, həm də amerikalı əsgərlərlə qarşılaşacaqları qaçılmaz olacaq. Lakin belə bir addımdan yəqin ki, hətta Putin kalibrindəki qızğın oyunçu da qorxur.

Qeyd etmək lazımdır ki, Moskva vəziyyəti tamamilə başqa cür görür. Moskva müasir vəziyyəti məmnuniyyətlə soyuq müharibənin son dövrləri ilə müqayisə edərək, deyir ki, o dövrdən indiyədək NATO, vaxtilə Sovet zonasına daxil olan ərazilərin dərinliklərinə qədər girib. Məhz bundan Rusiya nəticə çıxararaq Qərbi təcavüzkar, özünü isə qurban adlandırır.

Ancaq bu nəzəriyyədə bir prinsipial xüsusiyət nəzərə alınmır. NATO-nun yeni üzv ölkələrinin heç birini alyansa daxil olmağa məcbur etməyiblər. Əksinə, həmişə təşəbbüs geridəqalmış və aqressiv Rusiya ilə əməkdaşlıqda perspektiv görməyən yerli elita tərəfindən gəlib. Bu respublikalar öz ölkələrinin suverenliyi və təhlükəsizliyinin ən yaxşı təminatını alyansın demokratik dövlətlərinə istinadda görüblər.

(iDNES.cz portalı. Çexiya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar