“Azərbaycan BMT-də verdiyi səsin cəzasını çəkəcək”- Rusiyadan Bakıya açıq hədə

"Rusiya ilə düşmən olan Azərbaycanın sonu çox tez çatar"

"Ukrayna ilə haqq-hesabı çürüdək, sonra baxacağıq ki, kim dostumuzdur, kim düşmənimiz. Bu məsələ elə-belə qalmayacaq”

“Mən Azərbaycan üçün çox önəmli olan bir fikri dəfələrlə demişəm: bütün postsovet ölkələrinin ərazi bütövlüyünün yeganə qarantı Rusiyadır. Əgər Rusiya bunu istəməsə, onların ərazi bütövlüyü pozulacaq. Hələ ki, Rusiya Azərbaycanın Qarabağla bağlı hüquqi tələblərini dəstəkləyir. Amma Rusiyadan kənarda yeni “böyük qardaş” tapmaq cəhdi vəziyyətin dəyişməsinə səbəb ola bilər. Azərbaycan, Ermənistan, Moldova da Ukrayna və Gürcüstan kimi dağıla bilərlər”.

Bu sözləri vesti.az-a müsahibəsində rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.

“Rusiya ilə qarşıdurmaya gedən heç bir postsovet öllkəsi indiki sərhədləri daxilində mövcudluğunu davam etdirə bilməyəcək. İndikindən kiçik sərhədlər daxilində qalacaq. Həm de-yure, həm də de-fakto. Bu, geosiyasi qanundur. Kim bu qanuna qarşı çıxmaq istəyirsə, qoy, yoxlasın”,- deyə Duqin bildirib.

O deyib ki, Rusiya öz sərhədləri yaxınlığında sabitlik zolağının olmasında maraqlıdır. Və bu sabitliyin Amerika tərəfindən pozulmasını istəmir: “Rusiya özü ilə dost, ya da heç olmasa neytral olan Azərbaycanı istəyir. Rusiya ilə düşmən olan Azərbaycanın sonu çox tez çatar. Eyni fikirlər Ermənistana, Qazaxıstana, Belorusa, istənilən postsovet ölkəsinə də aiddir”.

Duqinin sözlərinə görə, Azərbaycanda iki düşərgə var: Avrasiyaçılar və Atlantikaçılar. Birincilər Rusiya ilə, ikincilər isə Qərblə ittifaq istəyirlər. Onların arasında gec-tez fundamental toqquşma olacaq. “Azərbaycann ərazi bütövlüyünü qorumaq istəyənlər Rusiyanın Krımdakı hərəkətlərinə dəstək verməlidirilər. Bu, Azərbaycanın özünə sərfəli olacaq. Amma Bakı ABŞ-ın və Kiyev xuntasının tərəfini tutsa, bunun axırı yaxşı qurtarmayacaq. Hazırda Rusiya diqqətlə izləyir ki, postsovet məkanında kim ona dostdur, kim düşmən. Və buna uyğun olaraq da atacağı addımları müəyyənləşdirir. Özünüz də bilirsiniz ki, mənim proqnozlarım adətən doğrulur”,- deyə Duqin vurğulayıb.

O, Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verməsini Rusiyaya qarşı yanlış addım kmi dəyərləndirib və bidirib ki, bu, ölkələrin münasibətlərində əks olunacaq: “Bakı bu hərəkətinin cəzasını çəkəcək, həm də çox ciddi. Bir də təkrarlayıram: Azərbaycanın ərazi bütövlüyü Rusiyadan asılıdır. Və Rusiya öz qonşularının Ukrayna məsələsindəki davranışını ciddi şəkildə izləyir. İndi biz Ukrayna ilə haqq-hesabı çürüdək, sonra baxacağıq ki, kim dostumuzdur, kim düşmənimiz. Bu məsələ elə-belə qalmayacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar