"Ola bilər ki, bu sifarişli bir tədqiqat olsun” - ARDNŞ

Şirkət Gürcüstanda keyfiyyətsiz yanacaq satması ilə bağlı iddialara münasibət bildirib

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Georgia Enegy” bu ölkənin “Studio Monitori” qeyri-hökumət təşkilatının şirkətin yanacaqdoldurma məntəqələrində standarta uyğun olmayan yanacağın satması ilə bağlı açıqlama verib.

“SOCAR Georgia Enegy” şirkətinin baş direktoru Mahir Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib ki, o, “Studio Monitori” adlı bir QHT tanımır.

Onun sözlərinə görə, Gürcüstanda yüzlərlə, minlərlə belə şirkət və QHT var: “Mən onların apardıqları tədqiqatla və analizin nəticələri ilə tanış deyiləm. Ola bilər ki, bu sifarişli bir tədqiqat olsun”.

M. Məmmədov deyib ki, “SOCAR Georgia Energy” yanacağı Avropa ölkələrindən alır: “Biz benzini xaricdən alırıq. Təkcə dizel Azərbaycandan gətirilir. Şirkətin yanacaqdoldurma məntəqələrində keyfiyyətli yanacaq satılır və olduqca böyük bir seçim var. Alıcı hansı neft məhsulunu istəyirsə, onu da alır”.

Baş direktor sonda bir daha vurğulayıb ki, bu tədqiqat sifarişli və şirkətin işgüzar nüfuzuna xələl gətirməyə hesablana bilər.

Qeyd edək ki, “Studio Monitori” təşkilatı Gürcüstana kənardan gələn avtomobil yanacağının keyfiyyətinin laboratoriya analizini aparıb. Analizin nəticələri göstərib ki, Gürcüstanda yanacaq standartları çox aşağıdır. Ən çirkli yanacaq isə “SOCAR Georgia Energy”nin dizeli olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar