PUTİNİN AVROPANI TƏHDİD ETMƏSİ BÖYÜK BLEF ÇIXDI! – Çin istiqamətli siyasət iflasa uğrayıb!

Bu yaz multimilyarder Leonid Mixelson Çinlə əldə etdiyi sərfəli sövdələşmə hesabına Rusiyanın ən varlı adamı olub. Keçən ilin dekabrında L.Mixelson Rusiyanın iri neft-kimya holdinqi olan “SİBUR”-un 10%-ni 1,3 milyard dollara Çinin “Sinopek” şirkətinə satıb. Digər yandan Çinin “İpək yolu” fondu “Yamal” sıxılmış qaz şirkətinin 9,9%-nı alıb. Bu yaxınlarda elan edilib ki, dörd aylıq danışıqlardan sonra, iki Çin bankı artq 2017-ci ildə qaz hasil etməyə hazır olacaq layihəyə 12 milyard dollar kredit ayıracağını bildirib.

Əgər Mixelsonun timsalı tipik bir göstərici olsaydı, onda Rusiya hökuməti buna çox sevinərdi. Krımın ilhaqı və Ukraynanın şərqindəki böhrandan sonra Kreml Avropadan üz döndərməyi və Şərqi Asiyaya, ilk növbədə isə Çinə tərəf yönəlməyi qərara aldı. Üstündən iki il keçdikdən sonra, xüsusi ilə qeyd etmək gərəkdir ki, bu cür hərəkət böyük bir dəyişikliyə yol açmadı. ”Çin layihəsi” uğursuzluğa düçar oldu.

Bunun belə nəticələnməsi çinlilərin diqqətini çəkməkdən yana, mümkün olan hər şeyi edən rusların günahı deyil. Çox böyük ehtimalla, bu, ilk növbədə marqlarını nümayiş etdirən və eyni zamanda da Rusiyanın təcrid vəziyyətində olduğunu dəqiq bilən və bundan yararlanmağa çalışaraq, sərt danışıqlar aparan çinlilərin özləri ilə bağlıdır.

Maşın, texnika və innovasiya məhsulları üzrə Rusiya-Çin ticarət palatasının məsul katibi İrina Sorokina bu yaxınlarda bildirib: “Rusiya, Şərqə doğru üz tutacağımıza hədsiz emosional şəkildə reaksiya göstərdi. Çinlilərin bizə qarşı olan diqqəti isə daha təmkinli və soyuqqanlı idi”.

- Çin ilə Rusiya arasındakı ticarətin həcmi 28% azalıb!

Hətta hər iki tərəfin qarşılıqlı marağına baxmayaraq, bu cür ikitərəfli ticarətdə də hər şey rəvan getmir. Keçən il üçün ticarət dövriyyəsi 28% azalaraq, 63,6 milyard dollar təşkil edib. Bu əməkdaşlığın olmamasından xəbər vermir, çünki Pekin Rusiyadan “C-400” Hava Hücumundan Müdafiə sistemi və 24 ədəd “Su-35” qırıcı təyyarəsi sifariş verən ilk xarici müştəridir.

Ticarətdəki geriləmənin səbəbi hər iki ölkə iqtisadiyyatının zəifləməsidir. 2015-ci ildə Çinin iqtisadi böyüməsinin göstəriciləri son 25 ildə ilk dəfə idi ki, aşağı düşüb. Rusiyanın iqtisadiyyatı isə 3,7 faiz azalıb. Bu arada isə hər iki ölkə bəyan edir ki, onların 2020-ci il üçün məqsədi, ikitərəfli ticarətin həcmini 200 milyard dollara çatdırmaqdır.

Əgər bu böyük istək uğur qazanarsa, onda bu keçən ilki Avropa Birliyi və Çin arasındakı ticarət həcmindən (210 milyard) yenə də geri qalacaq.

- Çin praktik baxımdan Rusiyaya heç bir sərmayə qoymur!

Rusiya ilə ticarətdən fərqli olaraq, bu ölkəyə investisiya qoymaq tamamilə ayrı bir şeydir. Bundan münasib bir anı təsəvvür etmək çətindir. Rusiyanın “HPA” reytinq agenliyinin rəhbəri Viktor Çetverikov bildirir ki, əvvəla rublun sürətli düşüşü işçi qüvvəsinə, torpaq sahəsinə və obyektlərə xarici investorların çəkəcəkləri xərci azaldıb.

Hökumətin qərarına uyğun olaraq, bənzər keyfiyyətinə görə dövlət müəssisələri yerli mal almalıdırlar. Buna görə də xarici şirkətlər istehsal etdikləri məhsulların üzərinə “Rusiyada istehsal edilib” brendini vurmaq məcburiyyətində qalırlar.

Maraqlıdır ki, çinlilər dərhal Rusiyaya pul yatırmağa başlamadılar. Çinin keçən il xarici ölkələrə yatırdığı 116 milyard dollarlıq sərmayənin yalnız 794 milyonu, yəni 0,7 % Rusiyanın payına düşür.

- Çinin Qazaxıstana birbaşa investisiyası

Maraqlıdır ki, Rusiya demək olar ki, çinlilərin heç zaman diqqət mərkəzində durmayıb. Beləki, Çin 2015-ci ildə MDB ölkələrindən Qazaxıstana 23,6 milyard dollarlıq investisya qoyub. Rusiyaya yatırılan investisiyanın payı isə 3,4 milyard dollar təşkil edib.

Çinlilər xammal satıcılarından asılı qalmamaqdan ötrü, Qazaxıstandakı faydalı qazıntılara və onların daşınması üçün lazım olan infrastruktura böyük pullar yatırırlar. Məsələn, Mixelsonun neft-kimya imperiyasının timsalında Rusiyada da belə bir vəziyyətin olmasını görmək mümkündür. Bundan başqa, Çin həmçinin Avropanın əldə etdiyinə nisbətən, xammal məhsullarını daha sərfəli şərtlərlə almaq istəyir.

- Qaz nəqli üçün qaz kəmərinin çəkilməsi vacib şərtdir

Bu təbii qaz məsələsində də öz əksini tapmışdı. Çin Moskvanın Ukrayna böhranı ilə bağlı Avropa ilə fikir ayrılığından hələ öncə də rusları əsəbləşməyə məcbur etmişdi. 2014-cü ilin may ayında (Ukrayna böhranının qaynar vaxtında) ”Qazprom” şirkəti Çinə qaz nəql edilməsi ilə əlaqədar ilk müqaviləsini bağlayana qədər, tərəflər arasındakı danışıqlar on il idi ki, sürürdü. Həmin müqavilənin məbləğı 400 milyard dollardır. Lakin ekspertlər bu qaz nəqlinin Moskvaya nə dərəcədə xeyirli olacağı barəsində mübahisə aparırlar. Çünki hələ ilk növbədə qaz kəməri çəkilməlidir.

Amma hər halda imzalanan müqavilə ”Qazproma” özünün etibarlı, lakin ehtiyatlı AB müştəriləri üzərində istehza etməsinə və onları Rusiya-Çin kartı ilə qorxutmağa imkan verdi. Onu da qeyd etmək lazımdır ki, Rusiya hökuməti istiqamətlərinin Asiya tərəfə dönəcəyi barəsində hələ 2009-2012-ci illərdə dəfələrlə bəyan etmişdi.

- Çinə tərəf dönüş nəticə vermədi

putin01

Ümumi yekunda bütün təhdidlər blef çıxdı. Bu yaxınlarda Rusiyanın işgüzar jurnalı “Vedemosti” yazıb ki, xammal sektorundan savayı çinlilərin Rusiyaya sərmayə yatırmaqlarının əsası yoxdur. İqtisadi nöqteyi-nəzərdən Çin ya “birinci dünya ölkələri”nə investisiya qoyacaq ki, oradan qabaqcıl texnologiya əldə etsin, ya da öz resurslarını və xam torpaqlarını heç bir ciddi müqavimət göstərmdən istifadəyə verəcək üçüncü dünya ölkələrinə sərmayə yatıracaq. Rusiya isə nə birinci, nə də ikinci kateqoriyaya aiddir.

Əslində, əgər Çin investorları Rusiyada müəssisələr üzərində nəzarət əldə etmək istəsələr, onda onlar çox ciddi əngəllərlə qarşılaşa bilərlər. Bunun əksinə isə, əgər rusiyalılar kredit istəslər, onda onlar da Çində çətinliklərlə üzləşəcəklər. Rusiyaya qarşı Qərbin kapital bazarlarına sərt məhdudiyyətlər qoyulduqdan sonra, ruslar ümid edirdilər ki, Çin onlara çox asanlıqla pul verəcək.

Mixelsonla əlaqədar olan hal göstərir ki, Çin hərdən kömək göstərməyə razılıq verir. Belə ki, bu yaxınlarda “Qazprom” şirkəti Çin Bankından iki milyard dollar həcmində kredit alıb. Amma bu xüsusi bir haldır. Niderlandın nəhəng maliyyə konqlemeratı “İNG”–nin analitiki İqor Qederov məsələ ilə bağlı deyir: ”Çin bankları Rusiya şirkətlərinə birbaşa kreditləri çox həvəssiz verirlər”.

“Levada mərkəz”-in keçirdiyi rəy sorğusu göstərir ki, Rusiya əhalisi əvvəlki kimi Çini təhlükə kimi görür. Ancaq Çini müttəfiq kimi qəbul edənlərin faizi 2013-cü ilə nisbətən artıb və hazırda 43% təşkil edir. ”Vedomosti”nin baş rubrikasında bu yaxınlarda yazılıb: ”Bu müttəfiqin bizə nə ilə yararlı olduğunu biz bilmirik”.

(Die Welt)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar