Doğrudanmı İlham Əliyevin Hafiz Hacıyevə ehtiyacı var?

Azərbaycan ictimaiyyəti prezidentliyə namizədlərin son teledebatlarında törədilən tərbiyəsizlik və əxlaqsızlığın canlı şahidi oldu. Normal diskusiya, siyasi polemika, proqramların təqdimatı əvəzinə bir namizədin digərlərinə qarşı əxlaqa, mental düşüncəyə yaraşmayan hədyanları yağdırılırdı. Milli Şuranın vahid namizədi professor Cəmil Həsənli və onun təmsil etdiyi düşərgənin liderləri millətin gözü qarşısında kişiliyə, əxlaqa, insanlığa sığmayan çirkin bir formada hədəfə götürüldü, onların ailə üzvlərinə qarşı yaramazlıqlara yol verildi. Əslində bu yaramazlıqlar təkcə C.Həsənliyə qarşı deyil, bütövlükdə müxalif siyasi düşərgəyə qarşı qısqırdılan hərəkətlər idi.

Danışdırılan H.Hacıyev hakimiyyət tərəfindən görəvləndirildiyi missiyasını “vicdan”la yerinə yetirirdi. Təhqir, şantaj, qorxuducu hürüş, qorxaqlığın göstəricisi olan quyruq bulama, ahıl yaşda sırtıqlıq, kamillik boşluğunu dolduran cahillik genetik kodunda təzahür edən birilərinə necə də yaraşırdı. Hər varlıq öz təyinatı üzrə yaradılıb. Şər daşıyıcısından xeyrə qapı açmasını, riyakardan saflıq göstərməsini, yaltağın həqiqəti dilə gətirməsini, geri zəkalıdan ağıl nümayiş etdirməsini tələb etmək, cahildən kamillik, oğrudan düzlük gözləmək, əlbəttə sadəlohlük olardı.

İlahi, insan adına yaratdığın məxluqları insanlıq xatirinə özün bizlərə bağışla. Hakimiyyət ehtirası, para istəyi, ucuz şöhrət, kürsü xəstəliyi insanı nə şəklə salarmış, sahibinə xoş gəlsin deyə onu necə təlxək kimi oynadarmış. Adam çıxıb proqramını elan etmək, seçiləcəyi halda hansı dəyərlərə üstünlük vermək, movcud hakimiyyətdən fərqli olaraq hansı iqtisadi, siyasi islahalatlar keçirmək haqda danışmaqdansa dayanmadan təhqirlərə yol verir və bütün parametrləri ondan üstün olan rəqiblərinə qurşaqdan aşağı zərbə vurmağa çalışır.

Hər bir ölkədə bu cür antipodlar var və onlara başqalarına alət olmaqla gödən təlabatını ödəyən parazitdən başqa bir ad vermək düzgün deyil. Amma ölkə vətəndaşlarını düşündürən və bir az da üşündürən bir iş var. Siyasi rəqibləri ilə dialoqa getməyi, teledebatlarda yan-yana oturmağı özünə ar bilən prezident İ.Əliyev nə oldu ki, bu cür tiplərlə adının bir sırada hallanmasını özünə sığışdırdı?

Doğrudanmı cənab İ.Əliyevin, bütün hərəkətləri anormallıqdan, ruhi xəstəlikdən xəbər verən, əxlaqı, davranışı vətəndaşlarda hakimiyyətə qarşı dərin nifrət aşılayan belə birisinə əşhədü ehtiyacı var? Görünən odur ki, seçimlərində yanılıblar və onun xislətindəki balıq sürüşkənliyinin bumeranq effekti verəcəyini düzgün hesablamayıblar. Belə olmasaydı parlamentin deputatı E.İbrahimov mətbuata açıqlamasında H.Hacıyev kimilərin hakimiyyəti müdafiə etməsinə və süni “qəhrəmanlıq” göstərməsinə ehtiyacları olmadığını dilə gətirməzdi.

Bu arada qeyd edilməlidir ki, teledebatda baş verən tərbiyəsiz hərəkətə qarşı ilk reaksiya namizədliyi irəli sürülən şəxslər tərəfindən verildi. Azərbaycan Demokrat Partiyasından namizədliyi irəli sürülmüş S.Cəlaloğlu bu cür əzlaqsız davranışların insani baxımdan yolverilməz olduğunu və konstitusiya normaları ilə ziddiyyət təşkil etdiyini dilə gətirdi. Prezident seçiləcəyi halda bütün vətəndaşların təhlükəsizliyinə, şərəf və ləyaqətinin qorunmasına təminat verməli olan hər bir şəxsin indidən başqalalarının ailələrinə həqarətlə yanaşmasının hüquqi baxımdan yanlış olduğunu diqqətə çatdıran Sərdar bəy çox haqlı olaraq hər bir namizədin qara piara əl atmaqdansa öz proqramını xalqa təqdim etməyin daha düzgün olduğunu anlatdı. Bəli, teledebatlar rəqiblərin biri digərini təhqiri üzərində deyil, hər bir rəqibin digərindən üstün proqramla çıxış etməsi, xaqın tələblərinə cavab verən iqtisadi, siyasi platformalar ortaya qoyması, iyirmi ildən artıq müddət ərzidə milləti zülm və istismar halında saxlayan hakimiyyəti əvəzləyəcəyi halda hansı demoktrat dəyərlərə əsaslanması üzərində qurulmalıdır. Lakin təəssüf ki, bu gün əksər namizədlər tamamilə fərqli, seçici etimadını doğrultmayan mövqe tutublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar