"RAZILIĞA GƏLİNİB, 5 RAYON QAYTARILIR" - Prezidentlərin görüşünün detalları açıqlandı

Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. 

Serj-Aliev

Bu barədə prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS TV-yə danışıb.

Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.

"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər", - deyə administrasiya rəhbərinin müavini bildirib.

Eduard_Nalbandyan1Ermənistan xarici işlər naziri Eduard Nalbandyan isə bəyan edib ki, "Sankt-Peterburq sammitində problemin tənzimlənməsinə dair hər hansı razılıq əldə olunmayıb".

Eduard Nalbandyan Novruz Məmmədovun heç vaxt, o cümlədən, Sankt-Peterburq danışıqlarında iştirak etmədiyini qeyd edərək, bu görüş zamanı Novruz Məmmədovun "yalnız işçi naharda" iştirak etdiyini bildirir.

Nahar əsnasında isə, Ermənistan XİN başçısının sözlərinə görə, "müstəsna olaraq insidentlərin araşdırılması mexanizmlərinin yaradılması və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi komandasının sayının artırılması məsələləri müzakirə olunub".

novruz-memmedovErmənistan xarici işlər nazirinin açıqlamasının ardından Novruz Məmmədov Facebook səhifəsində cavab yazıb.

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantını dərhal paket variantı etdi.

Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı?

Mənim görüşdə iştirakıma gəldikdə isə - bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı".

İyunun 20-də isə Sankt –Peterburqda Rusiya dövlət başçısı Vladimir Putin-in iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu görüşdə atəşkəsin gücləndirilməsi məqsədilə ATƏT müşahidəçilərinin sayının artırılması haqda razılıq əldə edildiyi bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar