"Arpaçay" İdman Mərkəzinin l açıq çempionatı başa çatıb - FOTO, VİDEO

Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" İdman Mərkəzinin uşaqlar, yeniyetmələr və gənclər arasında l açıq çempionatı başa çatıb. 

Çempionatın ilk günü 6-7 yaşlı və 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında fərdi kumite yarışları, ertəsi gün isə eyni yaş dərəcələrində fərdi kata və komandalar arası kumite yarışları keçirilib.

l açıq çempionatda ölkənin müxtəlif bölgələrindən 50-dək klub iştirak edib. Naxçıvan Muxtar Respublikasını isə ilk dəfə olaraq iki klub təmsil edib. Yarışın ümumi nəticəsinə əsasən 3 kluba kubok və ən yüksək nəticə göstərən komandaya pul mükafatı təqdim olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar