Beş nəfərlik dəstə tutuldu

Azərbaycanda oğurluğa görə tutulan 5 nəfərlik dəstənin bir il ərzində daha 12 evdən oğurluq etdikləri məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Əliyusif Fərəcov, Ruslan Hüseynov, Ələkbər Hüseynov, Əlvan Zeynalov və Orxan Zeynalov oğurluq etdiklərinə görə, iyunun 23-də tutulublar. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onların ötən il fevralın 11-dən bu ilin aprelin 13-dək olan müddətdə daha 12 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar