Böyük Britaniyanın reytinqi "neqativ"ə düşdü

Beynəlxalq kredit reytinqi agentliyi Moody's, İngiltərənin "sabit" olan kredit reytinqinin proqnozunu "neqativ"ə endirdiyini açıqlayıb.

"Marja"nın məlumatına görə, Agentlikdən bildiriblər ki, İngiltərədə keçirilən referendumda Avropa İttifaqından (Aİ) çıxmaq barədə qərar çıxmasının ardından, ölkənin "sabit" səviyyədə olan kredit reytinqinin proqnozu "neqativə" endirilib.

Digər tərəfdən, İngiltərənin "Aa1" olan ölkə kredit reytinqinin isə təsdiq edildiyi qeyd edilib.

Açıqlamada, İngiltərədə referendumun nəticəsinin qeyri-müəyyənlik prosesinin uzanmasına yol açacağı, ölkənin ortamüddətli iqtisadi artımına "mənfi" yöndə təsir edəcəyi vurğulanıb.

Moody's açıqlamasında, "İngiltərənin AB ilə ticarət müqaviləsinin şərtlərini müzakirə edəcəyi bir neçə illik dövrdə, Moody's ölkədə qeyri-müəyyənliyin artmasını, etibarın azalmasını, xərclərin və investisiyaların yavaşlamasını və bunun nəticəsi olaraq da inkişafın zəifləməsini gözləyir" -ifadələrinə yer verilib.

Bəyanatda həmçinin, İngiltərənin uzun perspektivdə Avropa Birliyi ilə istənilən şərtlərdə razılaşma təmin edə bilməməsi halında ölkənin iqtisadi böyüməsinin diqqəti çəkəcək şəkildə daha zəif olacağı qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar