Müğənnilərdən nazirliyə cavab: "İmkanım yoxdur, neyləyim?"

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin adlarını açıqlayıb.

 Siyahıda Emil Bədəlov, Səidə Sultan, Brilliant Dadaşova, Abbas Bağırov, Rəqsanə İsmayılova, Gülyanaq Məmmədova, Elza Seyidcahan və Xəyyam Nisanov kimi məşhurların adları yer alıb.

Adı vergidən qaçan müğənnilərin sırasında olan Əməkdar artist Abbas Bağırov nazirliyi ittiham edib.

Müğənni azvision.az–a açıqlamasında vergi borcunun olmadığını deyib.

“Məni heç nə maraqlandırmır. Çünki borcum yoxdur. Borcum varsa, niyə xəbərdarlıq etmirlər, niyə bildiriş göndərmirlər? Ona görə də adımı siyahıya salıblar, ya salmayıblar mənim üçün əhəmiyyətli deyil. Canları sağ olsun”.

Xalq artisti Gülyanaq Məmmədova adının borcluların siyahısında olmasına təccüblənib.

“2008-ci ildən vergi ödəyirəm. Mən qanunu pozmağı sevmirəm. İndiyədək vergi borcumu vaxtlı-vaxtında vermişəm. Adımı siyahıya niyə salıblar, mənə də təəccüblü gəlir.

Hətta Gülyaz üçün də VÖEN açdırmışıq. Baxmayaraq ki, biz dövlət müəssisələrində çalışırıq, maaşımızdan qanunu olaraq vergi tutulur. Bir də getdiyimiz toylara görə də vergi verirəm. Oktyabır ayından bu günə kimi borcum yox idi. Məni çağırdılar ki, sənin 5200 manat borcun var. Dedilər ki, 2015-ci il üçün 25 toya getmisən. Bu sözü eşidəndə dəhşətə gəldim. Deyirlər qohumunun toyunda pulsuz oxumusansa da vergi verməlisən. Özlərinə də dedim ki, mən bu məbləği ödəməyəcəyəm, imkanım yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar