Aramsız yağışlardan sonra çaylardakı vəziyyət

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 35-45, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət isə iyunun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 285 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 220 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 21 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 86,5 m3/s təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iİyunun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Salyanda 25, Bankədə isə 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2015-ci il iyunun 24-də 320 sm), Salyanda 100 sm (2015-ci il iyunun 24-də 78 sm), Bankədə 181 sm (2015-ci il iyunun 24-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2015-ci il iyunun 24-də 38 sm) təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar