Zaqatalada həkim səhlənkarlığının qurbanı olan körpə dəfn edildi
RMX baş həkimi ona sual vermək istəyən müxbirin sözünü "olmaz!" deyərək kəsib.
Onların sözlərinə görə, xəstəxanada adi sanitar gigiyena qaydalarına belə riayət edilmir. 6 aylıq Səlimın atası Seyfulla Laçınov uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istədiklərini qeyd edərək, həkimin əməliyata israr etdiyini bildirib.
[caption id="" align="alignnone" width="600"] Dünyasını dəyişən uşaq. Səlim Laçınov[/caption]
Bu xəstəxana ilə bağlı ilk uşaq ölümü deyil. Bir müddət əvvəl xəstəxanada daha bir uşaq həkim səhlənkarlığının qurbanı olub. Hazırda həmin faktla bağlı araşdırma davam edir.
Mətbuata qapalı olan Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəhmədova ənənəsinə bu dəfə də sadiq qalaraq faktla bağlı açıqlama verməkdən qaçıb. Nəyəsə və ya kiməsə arxayın olan Leyla Seyidəhmədova ANS TV-yə körpə ölümü ilə bağlı heç bir açıqlama verməyib. Seyidəhmədova ona sual ünvanlamağa çalışan müxbirin sözünü “olmaz” deyərək kəsməklə kifayətlənib.
"O, iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçilməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib", - deyə xəstəxanadan bildirilib.
[caption id="" align="alignnone" width="590"] Baş həkimi Leyla Seyidəhmədova[/caption]
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.