AVRO-2016: Turnirin ilk ¼ finalçısı məlum oldu - VİDEO

Polşa növbəti mərhələyə vəsiqə qazanıb

Bu gün Fransada Avropa çempionatının ilk 1/8 final matçı keçirilib.

"Report" xəbər verir ki, İsveçrə və Polşa komandalarının qarşılaşmasında əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Matça əlavə olunan 30 dəqiqədə də qol vurulmadığı üçün, qalib penalti seriyalarından sonra müəyyənləşib. Burada isə Polşa komandası daha dəqiq oynayıb (5:4) və adını ¼ finala yazdırıb.

Polşa 1/4 final mərhələsində Portuqaliya-Xorvatiya matçının qalibi ilə qarşılaşacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar