Bir milyondan artıq britaniyalı təkrar referendum istəyir!

Xarici KİV-in yaydığı məlumata görə, Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması barədə cümə axşamı keçirilmiş referendumun nəticələrinə yenidən baxılması tələbi ilə 1 milyondan artıq britaniyalı petisiya imzalayıb («RİA Novosti»).

Petisiya Böyük Britaniya parlamentinin saytında yerləşdirilib. Bakı vaxtı ilə saat 14:00-a olan vəziyyətə görə, petisiyanı 1,04 milyon vətəndaş imzalayıb. Ölkə qanunvericiliyinə görə, petisiyaya parlamentdə baxılması üçün 100 min imzanın toplanması tələb olunur.

«Biz hökuməti belə bir mövcud qaydaları tətbiq etməyə çağırırıq ki, onun tələblərinə görə, əgər ölkənin Aİ-dan çıxmasına və ya çıxmamasına seçicilərin 60,0 faizindən azı səs verirsə və bu zaman seçkidə iştirak edən seçicilərin sayı 75,0 faizdən aşağı olursa, təkrar referendum keçirilməlidir» - deyə, petisiyada çağırış edilir.

Bundan əvvəl «change.org» saytında da bir petisiya yerləşdirilib. Petisiyada xahiş olunur ki, London şəhərinin müstəqilliyi tanınsın və şəhər Aİ-na daxil olsun. Bu petisiya şəhərin meri Sadik Xana ünvanlanıb. Petisiyanı 118 min seçici imzalayıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar