Ankarada sərnişin avtobusuna silahlı hücum - 7 nəfər yaralanıb

Ankarada 3 sərnişin avtobusuna tüfənglə hücum olub

"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində 3 sərnişin avtobusuna, bir nəfər tüfənglə atəş açıb. Hadisədə 7 nəfər yaralanarkən, şübhəli polis əməkdaşları ilə girdiyi qarşıdurmanın ardından tutulub. Şübhəlinin avtomobilində, 3 tüfəng olduğu bildirilib. Tutulan şəxsin çox sayda cinayətə təqsirli olduğu məlum olub.

Hadisə ilə bağlı açıqlama verən Ankara polisi: "Hadisə terror aktı deyil. Çox sayda cinayətdə məhkumluğu olan bir nəfər, 3 sərnişin avtobusuna atəş açıb. Bunun nəticəsində 7 adam yaralandı. Cinayətkar polislə girdiyi qarşıdurma sonrası tutuldu. Cinayətkarın avtomobilindən 3 ədəd tüfəng tapıldı" deyə Ankara polisi açıqlama verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar