Daha bir ölkə Avropa İttifaqını tərk etməyə hazırlaşır

Daha bir Avropa ölkəsi ittifaqı tərk etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, Böyük Britaniyanın Aİ-ni tərk etməsi ilə bağlı referendumdan sonra Finlandiya da belə bir addım atmaq niyyətindədir. Bunun üçün ölkədə petisiya başladılıb.

Petisiyanı "Həqiqi finlər" partiyasının gənclər təşkilatının rəhbəri Sebastyan Tünkkünyen tərtib edib. Partiya hakim koalisiyanın tərkibinə daxildir və avroskeptiklər partiyası kimi tanınır.

Ölkənin Avropa İttifaqından çıxması üçün petisiyanı artıq 10 minə yaxın insan imzalayıb. İmzaların elə təkcə 3,5 mini Böyük Britaniyanın Aİ-ni tərk etməsi referendum nəticələri ilə bəlli olduğu cümə günündə toplanıb.

Sebastyan Tünkkünyen - "Həqiqi finlər" partiyasının gənclər təşkilatının rəhbəri

Sebastyan Tünkkünyen - "Həqiqi finlər" partiyasının gənclər təşkilatının rəhbəri

Tünkkünyenin fikrincə, Britaniyada keçirilən referendumun bənzəri Finlandiyada da keçirilməlidir. "Ölkənin müstəqil olması üçün bu, vacibdir. Avropa İttifaqı Avropada sadəcə xaos yaradır", - deyən petisiya rəhbəri səsvermənin 2017-ci ilin dekabrında keçirilməsini təklif edib.

Finlandiyada buna bənzər təşəbbüs 2013-cü ildə də irəli sürülmüşdü. Həmin vaxt petisiya 30 min imza toplamışdı. Halbuki belə sənədin parlamentdə baxılması üçün 50 min imza toplaması vacibdir.

Finlandiyadan başqa Hollandiya və Fransada da Avropa Birliyini tərk etmək barədə referendum çağırışı edilib. Ümumiyyətlə, istər Britaniya, istərsə də Finlandiya, Hollandiya, Fransada bu ideya tərəfdarları Avropadan çıxamaqla ölkələrinin daha müstəqil siyasət yürüdə biləcəyini bildirirlər.Ötən həftə Britaniyada Aİ-ni tərk etmək barədə referendum keçirilib. Avropadan ayrılmaq tərəfdarları təxminən 52 faiz səslə üstünlük təşkil ediblər.

Bununla belə, referendum tövsiyə xarakteri daşıyır. Bu, o deməkdir ki, əldə edilən nəticə parlamentin müzakirəsinə çıxarıla bilər. Bu zaman isə xalqın iradəsi yerinə yetirilməyə və Birləşmiş Krallıq Avropanın tərkibi olaraq qala bilər.Eyni zamanda növbəti referendumun keçirilməsi də mümkündür. Böyük Britaniyanın baş naziri Devid Kemeron Britaniya xalqının iradəsini yerinə yetirəcəyinə söz versə də, növbəti referendumun keçirilməsi ilə bağlı petisiya başladılıb. Sənədin müzakirəsi üçün 100 min imzaya ehtiyac olduğu halda, petisiyanı artıq milyondan çox insan imzalayıb. Beləliklə, iyunun 28-də Britaniya parlamenti Birləşmiş Krallığın Aİ-dən çıxıb-çıxmayacağı ilə bağlı növbəti referendumun keçirilməsini müzakirə edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar