İraq ordusu Fəllucanı İŞİD-dən azad etdi

İraq ordusu Fəlluca şəhərini İŞİD-dən tam azad edib.APA-nın verdiyi məlumata görə, bunu bu gün İraq ordusunun komandanlığı bildirib.

Qeyd edək ki, Anbar əyalətinin qərbində yerləşən Fəlluca şəhəri 2014-cü ilin dekabrından İŞİD-in nəzarətinə keçib. Mayın 23-də Fəllucanın azad edilməsi ilə bağlı əməliyyat başlayıb. İraq ordusunun bölmələri və şiə könüllülərinin iştirak etdiyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiya dəstəyi verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar