Azərbaycanda dronlara qadağa qoyulur - Qanunda dəyişiklik

russian_drone_040614Azərbaycanda məsafədən idarə olunan uçan aparatların (dronların) əldə edilməsinə və istifadəsinə məhdudiyyət qoyulub. Buna əməl etməyənlər üçün isə cinayət məsuliyyəti də müəyyən edilib.

Fins.az-ın məlumatına görə, bu «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» qanuna və Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub.

Yuxarıda adı çəkilən qanunda dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısına məsafədən idarə edilən pilotsuz uçan aparatlar da əlavə edilib (siyahıda 18-ci olub). Başqa sözlə, qanunvericiliyə edilmiş əlavəyə əsasən, həmin aparatların əldə edilməsinə yalnız xüsusi icazə əsasında yol verilə bilər.

Hüquqşünas Asif Abdullayev bununla bağlı qanunvericiliyə edilən dəyişiklikləri sayta şərh edərək bildirib ki, sözügedən aparatlarlarla bağlı xüsusi icazəni Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla) verəcək. Xüsusi icazə almış şəxs, aparatdan yalnız özü istifadə edə bilər, onu başqa şəxsə verə bilməz.

Qeyd edək ki, məsafədən idarə edilən aparatlarla bağlı yeni əlavələr Cinayət Məcəlləsinin 156-cı maddəsinə də edilib. Belə ki, uçan aparatlardan istifadə etməklə kiminsə şəxsi və ailə həyatının sirri olan məlumatların əldə edilməsinə, yayılmasına, satılmasına və qanunsuz toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilib. Bu hərəkətlərə yol vermiş şəxs 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.

Qeyd edilən aparatların gömrük sərhəddindən keçirilməsi üçün xüsusi icazə təqdim edilməlidir, əks halda həmin aparatlar sərhəddən buraxılmayacaq. Gömrük Məcəlləsinin tələbinə əsasən, xüsusi icazə ilə əldə edilə bilən əşyaların siyahısı gömrük keçid məntəqəsinin hamıya yaxşı görünən yerində mütləq yerləşdirilməlidir ki, vətəndaş xaricdən bu cür əşya alıb gətirərəkən gömrükdə xoşagəlməz halla rastlaşmasın.

«Məlumat üçün qeyd edim ki, pilotsuz uçan aparatlar (Dron) bəzi ölkələrdə qadağan edilib, bəzilərində isə sərbəst istifadə edilir (hətta yemək sifarişlərinin çatdırılması üçün)»,-deyə hüquqşünas bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar