Tovuzda 30 yaşlı qadın bıçaqlanıb

BicaqBu gün axşam saatlarında Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, bıçaqlanan qadın 1986-cı il təvəllüdlü Mətanət İbrahimovadır.

Yaralı təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər. Hadisəni törədənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar