İsrail və Türkiyə razılığa gəldilər - Əlaqələr normallaşır

Turkey-Israel-Allianceİsrail və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılığa gəliblər.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə İsrail hökumətindəki mənbə bildirib. Onun sözlərinə görə, münasibətlərin normallaşdırılmasına dair danışıqlar Romada baş tutub.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2010-cu il mayın 31-də Qəzzaya yardım aparan “Mavi Marmara” adlı Türkiyə yardım gəmisinin Aralıq dənizində İsrail ordusu tərəfindən ələ keçirilməsi və bu zaman 9 nəfərin öldürülməsindən sonra pisləşib .

“Anadolu” agentliyinin məlumatına görə, Türkiyə baş naziri Binali Yıldırım İsrail ilə aparılan müzakirələrdə əldə olunan anlaşma ilə əlaqədar sabah rəsmi açıqlama ilə çıxış edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar