“ABŞ REGİONDA ZƏİFDİR, RUSİYA İLƏ DUEL ALMANİYAYA LAZIM DEYİL” - Analiz

"Əgər ruslar milli maraqlarını qorumaqdan ötrü qəbul edilməyəcək riskə getməmək şərti ilə Ukraynadakı problemin həlli yollarını axtarırlarsa, onlar yalnız ABŞ-la danışmalıdırlar"

"Bu cür mühüm məsələ ilə əlaqədr Avropa dövlətləri adından çıxış edə biləcək fiqur yoxdur"

ABŞ-ın “Stratfor”analitik mərkəzinin rəhbəri Corc Fridman “Rusiya və ABŞ Ukraynanın gələcəyi barəsində danışıqlar aparır” başlıqlı məqalə yazıb. Azpolitika.info bu maraqlı analitik məqalənin tərcüməsini təqdim edir.

Soyuq müharibə zamanı Amerikanın dövlət katibləri və Sovet xarici işlər nazirləri müxtəlf ölkələrdəki böhranlar və onların gələcək taleləri barəsində xeyli danışıqlar aparıblar. Bu cür danışıqlar məndə dejavyu hissini oyatdı. İndi amerikanlar və ruslar hamının başı üzərindən Ukraynadakı böhranın yoluna qoyulmasını axtarmaqdan ötrü danışıqlara başlayıblar. Danışıqlar zamanı ABŞ prezidenti aydın şəkildə başa düşmək imkanı verdi ki, Vaşınqton Ukrayna və Gürcüstanı alyansa qatmaq şərti ilə NATO-nun sərhədlərini genişləndirmək fikirində deyil. Müxtəlif səbəblərə görə hər iki ölkə böhranın davam etdirilməsində maraqlı görünmür. Hər iki tərəf mövcud böhran vəziyyətini özünə görə qiymətləndirir.

RUSİYANIN BAXIŞI

Ruslar tam əmindirlər ki, Kiyevdə baş vermiş üsyan Qərbin xüsusi xidmət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına yardım etmək vasitəsilə həyata keçirilib. Onların düşüncəsinə görə, belə bir kömək edilməsəydi nümayişçilər yarı yolda çoxdan təngənəfəs olmuşdu və nəticədə hakimiyyət də öz mövqeyini itirməzdi. Rusların bu süjet xəttindən başqa yeni nə isə bir fikirləri yoxdur. Onlar bəyan edirlər ki, ”narıncı inqlabın” kökü də həmin ssenaridən qaynaqlanıb. Qərb ona yönəldilmış bütün bu tip iddiaları inkar edir. Ancaq buna baxmayaraq, ruslar öz versiyalarını doğru sayırlar. Bu ona dəlalət edir ki, Moskva Qərb kəşfiyyatının Ukraynada və hətta Rusiyanın özündəki vəziyyəti destabilizasiya edə biləcək bacarığa malik olmasına inanır.

Beləliklə də ruslar amerikanların gücündən və təsir imkanlarından bərk ehtiyyatlanır. Əgər onların Qərb kəşfiyyatı haqqındakı nəzəriyyəsi ilə məsələlərə yanaşsaq, onda ruslar anlayırlar ki, Ukrayna bölünmüş vəziyyətdə olduğundan orada üsyan qaldırmaq, ölkəni idarə etməkdən qat-qat asandır. Ruslar Ukraynaya satdıqları qazın qiymətini 80% qaldırdılar. Beynəlxalq Valyuta Fondunun köməyi isə yüklü dövlət borcu olan Ukrayna üçün əsaslı şəkildə sosial və iqtisad narahatçılıqlar gətirəcək. Bu narahatçılıqlar yay aylarında tam şəkildə başa düşülə biləcək səviyyəyə qalxacaq və üsyanın romantik xatirələri tarixə qovuşacaq. Ruslar fikirləşir ki, məhz elə həmin anda Qərbə qarşı neqativ reaksiya baş qaldıracaq. Və beləliklə də özlərinin gizli və açıq təsir imkanlarını işə salaraq Ukrayna hökumətinin heyətini müəyyənləşdirməyə çalışacaqlar. Şərqi Ukraynanın zəbt edilməsi arzusu da bu strategiya üzərində qurulur. Ruslar Kiyevə güclü müxalifət qüvvəsinin göndərilməsinin mümkün olması üçün Ukraynadakı seçkilərdə rusiyapərəst vilayətlərin də iştirak etməsini istəyir.

Rusiya üçün başqa variantlar qəbuledilməz sayılır. Söhbətlər gəzir ki, Dnestryanı tərəfdən ruslar Moldovaya qarşı fəaliyyətə keçəcəklər. Amma onların qoşunlarının Moldovaya doğru hərəkəti və Dnestryanı rus regionunun hərtərəfli şəkildə təchiz edilməsi yalnız Ukrayna ərazisindən keçməklə həyata keçirilə bilər. Münaqişənin baş verməsi halında ukraynalılar onların Moldovaya gedən yollarını bağlayacaqlar. Belə olan halda ruslar oraya ancaq güc tətiq etməklə daxil ola bilər ki, bu da Ukraynaya müdaxilə deməkdir. Kremlin Pribaltika respublikalarındakı rus azlığını nümayişlərə təhrik edərək fəaliyyətə keçməyə cəhd etməsi istisna sayılmır. Ancaq Pribaltika NATO-nun üzvüdür və ona görə də belə hərəkətlərin sonucunu proqnozlaşdırmaq çox çətindir. Pribaltikaya rus

qoşunlarının göndərilməsi Rusiya ilə Avropa arasındakı əlaqələr üçün böyük təhlükə törədər.

ABŞ-IN BAXIŞI

ABŞ hesab edir ki, rusların iki təsir rıçaqları mövcüddur. Hərbi planda ruslar öz regionlarında amerikanlardan güclüdürlər. 2008-ci ildə Gürcüstanda olduğu kimi, amerikanların Krımda da hərəkət etmək üçün heç bir praktik variantları yoxdur. Avrasiyada iri bir münaqişənin baş veməsi halında orada böyük qruplaşma yaratmaq və hərbi gücünü artırmaq istiqamətində Amerikaya aylar gərək olacaq. “Səhrada fırtına” əməliyyatının keçirilməsinə və 2003-cü ildə İraka müdaxilə zamanı amerikanlara altı aya qədər vaxt lazım oldu. Xeyli zaman imkanına malik olacaq ruslar yəqin ki, bu müddət ərzində öz məqsədlərinə çata biləcək əməliyyatlar hazılayacaqlar.

Ona görə də amerikanlar rusların fəaliyyət istiqamətində hərbi variantdan istifadə etməklərini istəmir. Belə vəziyyət ABŞ-ın lazım olan zaman çərçivəsində adekvat cavab vermək imkanına malik olmadığını üzə çıxarar. Bu, həmçinin NATO-dakı çatışmamazlıqlara da aiddir. Amerikanlar həm də almanları sınamaq istəmirlər. Belə ki, Berlinin hansı istiqamətdə gedəcəyi onlara tam bəlli deyil. Müəyyən mənada götürsək, Ukraynadakı böhranı avrointeqrasiyanı davam etdirmək tələbi ilə çıxış edənlərə və oradakı liderlərdən birinə yardım göstərməklə, almanlar başlatmışdı. İndi almanlar hiss olunacaq dərəcədə sakitləşiblər və onlar tərəfindən müdafiə olunan müxalifətçi Viktor Kliçko isə prezident seçkilərindən çıxıb. Almanlar geri çəkiliblər.

Berlin kiçik soyuq müharibənin olmasını arzulamır. Almaniyanın şərq sərhədlərində baş verəcək hər hansı daimi münaqişə ocağı Avropa Birliyinin qeyri-stabilliyini gücləndirər. Belə olan təqdirdə isə Almaniya daha qəti addımlar atmaq məcburiyyətində qalar. Onlar problemin belə səviyyəyə çıxmasını arzulamırlar. Berlin çox işgüzarcasına Avropa Birliyində stabillik yaratmaqla Cənubi və Mərkəzi Avropanın vahidliyini saxlamaqdan ötrü həmin ölkələri masştablı iqtisadi çətinliklərdən və nəzərəçarpacaq dərəcədə artan sağ radikal güclərdən qorumaq istəyir. Rusiya ilə duel Almaniyaya lazım deyil. Bundan başqa almanlar istehlak etdikləri enerji resurslarının üçdə birini Rusiyadan idxal edir. Belə ticarət qarşılıqlı mənfəətdir, ancaq almanların böhran zamanı Rusiyanın qarşılıqlı mənfəətə nə qədər əhəmiyyət verəcəklərinə dair əminlikləri yoxdur. Bu almanların getmək istəmədikləri bir riskdir.

Əgər Almaniiya regionda ehtirasların necə coşmasından asılı olmayaraq ehtiyatlılıq nümayış etdirərsə, onda mərkəzi avropalılar da ehtiyyatlı davranmalıdırlar. Məsələn, Polşa Almaniyanı inkar edə bilməz.

ABŞ regionda ikitərəfli münasibətləri yoluna qoya biləcək. Mənə elə gəlir ki, bu, ancaq öz zamanında baş verəcək. Amma indi amerikanlar aktiv fəaliyyətə qətiyyən hazır deyllər. Regionda onlara qarşı çıxa biləcək əsas etibarı ilə iki dövlət var - Almaniya və Rusiya. Moskva kimi Vaşinqtonun da variantlar imkanı məhduddur. Hətta belə qəbul edək ki, qeyri-hökumət təşkilatları xətti ilə amerikanların Ukraynadakı təsir imkanlarının movcudluğunu iddia edən ruslar həqiqəti söyləyirlər. Bu artıq keçmişdə qalıb. Ona görə ki, ABŞ belə kartlardan artıq istifadə edib və qarşıdan gələn iqtisadi çətinliklər dönəmində bunun heç bir əhəmiyyəti olmayacaq. Ruslar amerikanlara Ukraynadakı böhranın həll edilməsi üçün federasiya yaratmaq tələbi ilə müraciət ediblər.

DANIŞIQLARIN VACİBLİYİ

Maraqlıdır ki, növbəti aktın başlanğıcında ruslar və amerikanlar bir-birinə tərəf yaxınlıq göstərdilər. Əlbətdə ki, ruslar avropalılar ilə də danışıqlar aparırlar, ancaq diskusiya Ukraynanın gələcəyi məsələsinə yaxınlaşanda və müxtəlif variantlara baxıldıqdan sonra Lavrov Kerriyə zəng edib. Bu bizə mühüm olan bir şeyi, dünyanın necə və hansı fəaliyyət üzərində qurulduğunu nümayiş etdirir. Mən hər iki tərəfin zəif tərəflərindən danışdım. Ancaq belə zəif xüsusiyyətlərlə üzbə-üz qalan ruslar başa düşürlər ki, amerikanın iştirakı olmadan krizdən çıxa bilməyəcəklər. ABŞ isə anlayır ki, onlar ruslarla qarşılıqlı fəaliyyət göstərməli olacaqlar. Bu bir qədər soyuq müharibə dövründən qalma vərdiş də hesab edilə bilər. Lakin daha böyük məsələlər var.

Əgər ruslar milli maraqlarını qorumaqdan ötrü qəbul edilməyəcək riskə getməmək şərti ilə Ukraynadakı problemin həlli yollarını axtarırlarsa, onlar yalnız ABŞ-la danışmalıdırlar. Bu cür mühüm məsələ ilə əlaqədr Avropa dövlətləri adından çıxış edə biləcək fiqur yoxdur. Britaniya britaniyalılar adından, Fransa fransızların adından, Almaniya almanların adından, Polşa polyakların adından danışa bilər. Hər hansı bir məsələyə görə nə zaman ki, avropalılarla danışıqlar aparırsansa ən əvvəl onlara öz aralarında bu mövzu ilə əlaqədar razılığa gəlmələrinə imkan verməlisən.

Güc göstərmək siyasətindən söz gedəndə Avropa sadəcə abstraksiyadır. Ruslar amerikanlara ona görə zəng edir ki, onlar Amerikanın məlum zəif tərəflərinə baxmayaraq, potensial gücünün və təsirinin özününkündən nə qədər güclü olduğunu yaxşı anlayır. Rusiya üçün çox mühüm məsələ ilə əlaqədar ABŞ-la danışmamaq təhlükəli hesab olunur. Ancaq ABŞ-la danışmaq isə birinci növbədə problemin həlli üçün ən optimal yoldur. Əgər krizin həlli istiqamətində Amerika-Rusiya razılaşması əldə olunarsa, onda buraya almanlar və digər ölkələr də qoşulacaq. Almaniyaya Rusiya ilə münasibətləri zədələməyən və Mərkəzi Avropa ilə əlaqələri korlamayan həll variantı lazımdır. Almanların Avropa Birliyi çərçivəsində mərkəzi avropalılarla yaxşı münasibətlərə ehtiyacı var. Amerikaya da yaxşı münasibətlər gərəklidir. İndiki halda danışıqlar üçün amerikanlar avropalılara nisbətən daha çox şey vəd edə bilərlər.

AMERİKANIN NARAHATÇILIQLARI

Ən başlıcası ondan ibarətdir ki, amerikanlar ruslardan konkret formada nə istədiklərini dəqiq söyləmirlər. Bəllidir ki, onlar Ukraynada konstitusiyon demokratiya yaratmaq fikrindədirlər. Ancaq amerikanlar anlayır ki, Ukraynada konstitusiyon demokratiya qurmaq – bu böyük və bəlkədə incə bir başlanğıcdır. Onlar onu da anlayır ki, oradakı hökumət və iqtisadiyyat təhlükəli və yumşaq ictimai qumun üzərində qurulmalıdır. ABŞ hökumətində Rusiyanın regional hegemona çevriləcəyindən narahatçılıq daşıyan qüvvələr var. Amarikan hökumətində Yaxın Şərqə mübtəla olan qüvvələr isə hesab edir ki, ruslar orada da amerikanlara maneçilik törətməyə başlayıblar. Bəziləri isə Rusiyanı potensial portnyor da sayır. Hərdən ABŞ-da sistemdən qaynaqlanan mürəkkəb ideoloji müxtəlifliklər yaranır.

Dövlət Departamenti ilə Müdafiə Nazirliyi nadir hallarda məsələlərə eyni cür yanaşır və onların müxtəlif şöbələrində bir-biri ilə rəqabətdə olan baxışlar da mövcuddur. Hələ əlavə olaraq konqresi də unutmayaq. Ona görə də hərdən avropalılara nisbətən amerkalılarla iş görmək heç də asan olmur. Elə bunun özü də danışıqlar prosesində hiyləgər manipulyasiyalar etməyə imkan verir. Ancaq nə zaman ki, milli əhəmiyyət daşıyan məsələlər peyda olursa, fikir müxtəlifliklərinə baxmayaraq, prezident və ya hər hansı mühüm dövlət adamı bir avtoritet kimi irəlidə dayanır. İndiki vəziyyətdə bu şəxs dövlət katibi Con Kerridir.

Moskva hakimiyyəti real gücə malik olsa da, bu hadisələrin axarını dəyişərək Kiyevi işğal edəcək səviyyədə möhtəşəm deyil. Öz əvvəlki mövqelərini bərpa etməkdən ötrü Moskvaya Ukraynanın iqtisadi zəifliyindən və siyasi parçalanmasından istifadə etmək lazım gələcək. Deyilənlərə nail olmaqdan ötrü isə ruslar danışıqlar prosesində məsələnın hazırlanacaq həllınə ehtiyac duyurlar. Danışıqlarla problemin həll olunması üçün Moskvaya mühüm və güclü tərəf müqabili gərəkdir. Belə yeganə partnyor yalnız ABŞ-dır. Rusiyanın ehtiyac duyduğu stabil platformanı ABŞ yarada bilər. Belə bir fikir irəli sürmək olar ki, Ukrayna böhranının sona çatması amerikan maraqlarına cavab vermir. Ona görə ki, Rusiya daha dərindən Ukrayna toruna ilişib zəifləyərsə, onda onlar rəqabət yaratmadan meydandan çəkilərlər. Ancaq ABŞ öz qaydasına uyğun olaraq hərəkət edir və Rusiyanın zəifləməsi haqqında hələlik düşünmək istəmir.

Tərcümə etdi: Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar