Milli Şura Türkel Kərimliyə azadlıq tələb etdi

Milli Şura AXCP sədri Əli Kərimlinin oğlunun saxlanması ilə əlaqədar bəyanat verib. Milli Şura Türkel Kərimlinin sentyabrın 22-də keçirilən mitinqdən sonra saxlanılmasını və 25 sutka inzibati həbs cəzasına məruz qalmasını təsadüfi saymır. Milli Şura baş verən hadisəni demokratik qüvvələrə, AXCP və onun liderinə qarşı təzyiq kimi dəyərləndirir. Milli Şura bəyan edir ki, Türkel Kərimliyə qarşı ittihamlar əsassız, onun həbsi qərəzli və siyasi motivlidir.

“Bu hadisənin Milli Şuranın uğurlu mitinqindən sonra baş verməsi təsadüfi deyil və hakimiyyətin qisas almaq niyyətini açıq şəkildə göstərir. Milli Şura Azərbaycan hakimiyyətinin öz rəqiblərinə qarşı qanunsuz əməllərini pisləyir, siyasi motivli həbslərə və təzyiqlərə son qoyulmasını tələb edir. Milli Şura hesab edir ki, T.Kərimli barəsindəki qərar bir daha Azərbaycanda məhkəmələrin müstəqil olmadığını və siyasi sifarişlə hərəkət etdiyini göstərir. Milli Şura qanunsuz şəkildə həbs olunan T.Kərimlinin azadlığa buraxılmasını tələb edir”, - deyə bəyanatda bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar