ƏRDOĞANLA PUTİNİ ƏLİYEV və NAZARBAYEV BARIŞDIRIB - Baş nazir açıqladı

Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşması üçün Azərbaycanın vasitəçilik etdiyi təsdiqlənib.Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım hakim AKP-nin parlamentdəki qrup toplantısındakı çıxışı zamanı bildirib.

“Rusiya məsələsində önəmli irəliləyişlərin olduğunu millətimlə paylaşmaq istəyirəm. Münasibətlərimizdəki geriləməni düzəltmək üçün konstruktiv mövqe sərgilədik. İki lider arasında davam edən dolayısı təmaslar nəhayət cavab tapdı. Türkiyə ilə Rusiya arasındakı buzların əriməsi təmin olundu. Rusiya ilə Türkiyə arasında normallaşma prosesinin başlandığını deyə bilərik. Hər iki ölkə üçün xeyirli olsun. İşlərin bu nöqtəyə gəlməsində bir çoxlarının əməyi var. Xüsusən də qardaşlarımız Qazaxıstan və Azərbaycanın, bölgə ölkələrinin bu məsələdəki gərgin səyləri üçün minnətdarlıq edirik”-baş nazir deyib.

Qeyd edk ki, bəzi media orqanları Ərdoğanla  Putini barışmaq üçün Azərbaycan prezidenti İlham Əliyevdən və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən vasitəçilik etdiyini bildirirdi. Bu məlumat nə Bakıda, nə Ankarada təkzib edilməyib. Azərbaycan tərəfi Türkiyənin Rusiya ilə münasibətlərinin gərginləşməsindən ciddi narahatlığını lap əvvəldən ifadə edib, prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin normallaşması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar