Sergey Lavrov Ermənistana gedir

sergey-lavrov-696x464O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında iştirak edəcək.Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

O bildirib ki, Sergey Lavrov səfər zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin iclasında iştirak edəcək.

Zaxarova iclasda əsas müzakirə mövzusunun beynəlxalq terrorçuluqla birgə mübarizə olacağını deyib.

Lavrov sonuncu dəfə aprelin 22-23-ü tarixlərində olub. Həmin vaxt olun əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsi idi.

Mətbuat Lavrovun İrəvana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planla getdiyini yazırdı. Ona görə də bu sərəf Ermənistan cəmiyyətində müsbət qarşılanmamışdı.

Erməni mətbuatı yazıların başlıqlarında “Lavrov planı”, “Hiyləgər Lavrov planı”, “Serj Sarkisyan Lavrova Qarabağdan əl çək deyəcək?“ kimi ifadələrdən istifadə edirdi. Bəzi mətbuat orqanları isə Sarkisyanı satqın adlandırır.

Amma səfərin sonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir nəticə əldə olunmamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar