Brüsseldə Avroparlamentin fövqəladə iclası gedir - «Brexit»in nəticələri müzakirə olunur

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Brüsseldə Avroparlamentin fövqəladə iclası keçirilir. Deputatlar Britaniyada keçirilmiş referendumun nəticələri ilə bağlı vacib tədbirlərin görülməsini müzakirə edirlər. İclasda, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması barədə formal prosedurun mümkün qədər tez işə salınması təklifləri səslənir...

Berlində çıxışı zamanı Almaniya kansleri Angela Merkel bu məsələyə toxunaraq, «London ümid etməməlidir ki, onun mövqeyi bundan sonra da Avropa bazarında qorunub saxlanacaq...» - deyə, bəyan edib.

London şəhərinin meri Sadiq Xan isə bu günkü çıxışında deyib: «Şəhər olaraq, Britaniyanın tərkibində Londona daha çox muxtariyyət lazımdır».

Məlumdur ki, bu günlərdə keçirilmiş referendumda (Britaniyanın Avropa İttifaqının tərkbindən çıxması barədəki referendum - red.) London və bir sıra digər iri şəhərlərin sakinləri ölkənin Aİ-dan çıxmasının əleyhinə səs veriblər.

Sadiq Xan qeyd edib ki, əlbəttə, o, paytaxtın müstəqilliyi barədə ciddi düşünə bilməz, amma ümumiyyətlə, şəhər-dövlət ideyası onun xoşuna gəlir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar