Erməni məsələsinə görə Azərbaycandan üzr istədilər

Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz”in qonağı olacaq Moldovanın“Daçiya” klubunun saytında ciddi səhvə yol verilib. ANS PRESS-in məlumatına görə, Moldova təmsilçisinin rəsmi saytı oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkanı qəsəbəsinin adının erməni mənşəli kimi təqdim edib.

"Komandamız dünən "Kəpəz"lə matçın keçiriləcəyi stadionda məşq edib. Söhbət 5 il öncə inşa edilmiş "Dalğa Arena"dan gedir. Stadion Bakıdan 34 km aralıda "erməni adı olan "Makrudyan" qəsəbəsində yerləşir. Amma burada ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir", - deyə yazıda bildirilir.

"Daçiya"nın rəsmi saytı

"Daçiya"nın rəsmi saytı

"Kəpəz" məsələ ilə bağlı rəsmi münasibətini bildirərək qarşı tərəfə etiraz məktubu göndərib. Artıq Moldovanlar səhvini başa düşərək Azərbaycan xalqından və "Kəpəz" klubundan üzr istəyib. Bu barədə "Daçiya" klubunun rəsmi saytında xəbər verilib.

Həmin səhvin mətbuat xidmətində çalışanların texniki səhvi olduğu vurğulanıb. Mətnin sonunda bir daha vurğulanıb ki, şəxsən klub prezidenti Adlan Şişxanov bütün azərbaycanlılardan üzr istəyir və dostluq münasibətlərinin pozulmamasını arzulayır.

16 ildir qitəmiqyaslı turnirlərə qatılmayan Gəncə klubu sonuncu dəfə 2000-ci ildə UEFA Kubokunda iştirak edib. Bu gün keçiriləcək "Kəpəz" - "Daçiya" oyunu saat 20:00-da başlayacaq.

Avropa Liqası

I təsnifat mərhələsinin ilk oyunu

“Kəpəz” (Azərbaycan) – “Daçiya” (Moldova)

Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)

Bakı, “Dalğa Arena”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar