Çin, Avropada Rusiyanı əvəz edə bilməz - Fransalı siyasətçi

Xarici KİV-in yaydığı məlumata görə, Fransanın sabiq müdafiə naziri, Fransa xarici işlər nazirliyinin Rusiya ilə əlaqələr üzrə xüsusi müşaviri Jan-Pyer Şevenman dünən Parisdə keçirilən «Atom energetikası sahəsində Fransa-Rusiya əməkdaşlığının mümkün istiqamətləri» mövzusundakı seminarda belə bir fikir səsləndirib ki, Çin, Avropada Rusiyanı əvəz edə bilməz («TASS»).

«Mən həmişə əmin olmuşam ki, Rusiya və Avropa arasında tərəfdaşlıq qaçılzmazdır və bu, hər iki tərəf üçün olduqca vacibdir. «Rusiya Avropadan, Avropa isə Rusiyadan asılı deyil» - fikri, həmişə mənə gülməli gəlib. Ümumilikdə baxsaq, Çin, Rusiya-Avropa əməkdaşlığını əvəz edə bilməz» - deyə, Fransalı siyasətçi bəyan edib.

Şevenman qeyd edib ki, Fransa və Rusiya - dünyanın iki aparıcı nüvə gücüdür və gələcəkdə bu ölkələr arasında əməkdaşlığa optimist yanaşır.

«Tez-tez biz, bir-birimizə qarşı rəqib qismində çıxış etməyimizə baxmayaraq, yenə də bir-birimizi çox gözəl tamamlayırıq. Münasibətlərimizin gələcəyinə optimist yanaşıram. Ümid edirəm ki, sanksiyalar aradan qaldırılacaq və Brüsseldə qəbul olunacaq qərarlara baxmayaraq, hesab edirəm ki, bu sanksiyalar Rusiya üçün də, Avropa İttifaqı üçün də eyni nəticə doğurandır» - deyə, Şevenman əlavə edib.

Fransalı siyasətçi onu da qeyd edib ki, Rusiya ilə Fransa arasındakı əhəmiyyətli əməkdaşlıq istiqamətlərindən biri də atom energetikasıdır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar