"Liverpul"dan rəsmi transfer

"Liverpul" klubu yeni mövsüm öncəsi heyətini gücləndirib.

Qol.az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Liverpul təmsilçisi "Sauthempton"dan Sadio Maneni transfer edib.

Tibbi müayinədən uğurla keçən 24 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Lakin sözləşmənin müddəti açıqlanmayıb. Bu transfer "Liverpul"a 36 milyon avroya başa gəlib.

Qeyd edək ki, ötən mövsüm "Sauthempton"un heyətində 43 oyun keçirən seneqallı futbolçu 15 qol vurub və 9 məhsuldar ötürmə verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar