Azərbaycan ordusu düşmənin möhkəmləndirilmiş müdafiəsini yarır

Xəbər verildiyi kimi Azərbaycan Silahlı Qüvvələri iyunun 29-dan 26-na qədər təmas xəttinə yaxın poliqonlarda 25 min hərbçinin, yüzlərlə zirehli texnikanın, onlarla döyüş təyyarəsinin və vertolyotunun iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirib.

Təlimlərin ssenarisinə əsasən düşmənin möhkəmləndirilmiş müdafiə xətti üç dalğadan ibarət atəş zərbəsi ilə yarılıb.

Birinci mərhələdə şərti düşmənin mövqelərini quru qoşunlarının bütün növ artilleriyası və tankları vurub. Ardınca hərbi hava qüvvələri döyüşə girib və düşmənin müdafiə xəttindəki qüvvələrə, digər hədəflərə zərbələr endirib.

Ardınca yenidən artilleriya və tanklar işə düşüb. Müdafiə Nazirliyi təlimlərin gedişinə dair videoicmal yayıb. Həmin kadrları təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar