Ərdoğanın Putinə məktubu: Kremlin saytı düzəliş etdi

RUSIYATürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubunun Kremlin rəsmi saytında yayımlanan mətninə düzəliş edilib.

Axar.az xəbər verir ki, “mətnin ingilis dili tərcüməsinin təkmilləşdirilməsi” kimi izah edilən dəyişiklik bundan ibarətdir:

Kremlin yaydığı ilk məktubda Türkiyə prezidenti rus pilotun ailəsinə üz tutaraq “onlardan üzr istəyirəm”( I apologise to them) deyə başsağlığı verir. Hazırda saytda yerləşdirilən məktubda isə prezident pilotun ailə üzvlərinə üz tutaraq “Bizi bağışlayın” (Excuse us) deyə müraciət edir. İngilis dilinin Kembric lüğətində “apologise” – “üzr istəyirəm” feli şüurlu şəkildə atılan hər hansı addımdan (düşünülmüş səhvdən) sonra üzrxahlıq edərkən istifadə olunur. “Excuse” feli isə bilmədən edilən hər hansı səhvdən sonra işlənir.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib və əvvəlki mətnin dəyişdirilməsini tərcümənin “dəqiqləşdirilməsi” kimi qiymətləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar