Atatürk Beynəlxalq Hava Limanına terror hücumu - 36 ölü, 147 yaralı var - Fotolar+Video (Yeniləndi)

İstanbul Atatürk Havalimanında baş verən terror partlayışları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb. Bu barədə NTV telekanalı məlumat verib. Yaralıların sayı 147 nəfərdir, bütün yaralıların xəstaxanaya yerləşdirlidiyi bildirilir, onlardan 6-nın vəziyyəti ağırdır. Hazırda Türkiyə Baş naziri Binəli Yıldırımın da Atatürk Havalimanına gəldiyi bildirilir.

Havalimanında eyni vaxtda 3 partlayışın olduğu bildirilir.

***

İstanbul Atatürk Havalimanına terror hücumu olub. "AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilir.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, bir terrorçu əvvəl ətrafındakılara atəş açıb, daha sonra isə özünü partladıb: “İlkin məlumata görə, 10 şəhidimiz var”. Nazir partlayışı hansı terror təşkilatının törətdiyinin bilindiyini, amma dəqiqləşdirməyə ehtiyac olduğunu bildirib.

İlkin ehtimallara görə terorçular hava limanına xarici ölkədən gəliblər. Onların avtomat və partlayıcı maddələri necə gətirdikləri isə sirr olaraq qalmaqdadır.

Teroristin insanlara ətəş açdığı silah

***

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş partlayış hadisəsinin terror aktı olduğu üzə çıxıb. "Report" Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanındakı partlayışları terrorçulardan ibarət iki qrup həyata keçirib.

Partlayışlar nəticəsində xeyli sayda insanın yaralandığı bildirilir. Məlumata görə, xəstəxanalara 40-dan artıq yaralı aparılıb.

Hava limanında həmçinin atəş səsləri də eşidilib.

***

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Partlayışlar beynəlxalq uçuş terminalında baş verib. Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürənlər göndərilib.

Hava limanının bütün giriş və çıxışlar bağlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar