Pərviz Həşimlinin həbsi ilə bağlı bəyanat verildi

Vətəndaş cəmiyyəti nümayəndələri- Leyla Əliyeva, İntiqam Əliyev, Arzu Abdullayeva, Leyla Yunus və başqaları jurnalist, hüquq müdafiəçisi, AXCP üzvü Pərviz Həşimlinin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Prezident seçkisi ərəfəsində tanınmış jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin əsassız ittihamlarla həbs edilməsindən dərin narahatlıq bildirir və onun həbsini pisləyirik. Pərviz Həşimliyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi kobud şəkildə pozulub. Həbs edilərkən Pərviz Həşimliyə və onun ailə üzvlərinə qarşı edilən hərəkətlərin yerli və beynəlxalq qanunlara zidd olduğunu bəyan edirik.

Hesab edirik ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır və onun həbsi siyasi motivlidir, peşə fəaliyyəti ilə bağlıdır. Həbsi jurnalistlərə, fəallara və siyasətçilərə edilən təzyiq və təhdidlərin davamı kimi qiymətləndiririk və hakimiyyəti bütün bunlara son qoymağa çağırırıq. Hakimiyyətdən Pərviz Həşimliyə qarşı irəli sürülmüş ittihamlara xitam verilməsini, ona və ailə üzvlərinə qarşı kobudluq edən şəxslərin cəzalandırılmasını və jurnalistin dərhal azadlığa buraxılmasını tələb edirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar