“İstanbuldakı terror aktını İŞİD törətmiş ola bilər” - Yıldırım

İstanbuldakı terror aktını İŞİD qruplaşması törətmiş ola bilər.

APA-nın məlumatına görə, bunu silsilə partlayışların törədildiyi İstanbulun “Atatürk” hava limanına gəlmiş Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Bundan əvvəl “Reuters” agentliyi terror aktının İŞİD tərəfindən törədildiyini ehtimal edib.

Son məlumata görə, terror hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar