"20 Yanvar" metro stansiyasının bir girişi bağlanır

“20 Yanvar” metro stansiyasının I vestibülü iyulun 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül ("Azərsu" ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika Mərkəzi istiqaməti) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, “20 Yanvar” metro stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurub və dəyişdirilməlidir.

"Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. I vestibül bağlı olsa da, keçid piyadar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər", - deyə N.Paşayev əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar