Dollara tələb yenə fantastik həddə artdı

2015-12-23-09-43-25dollar-yeni-640Samir Əliyev: «Dünya bazarında funtun, avronun oynaması təbii ki, manata təsir edir»

Dünən Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 31 banka satılıb. Bu barədə Fond açıqlama yayıb. Hərracda dollara rekord həddə – yarım milyarddan çox tələb olub. Artıq bununla neçənci dəfədir ki, bankların dollara olan tələbi təmin edilmir.

Onu da qeyd etmək lazımdır ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması avroa və funt sterlinqin məzənnəsinə ciddi təsir edib. Nəticədə proseslərin ilk günü Neft Fondu 478 milyon dollar itkiyə məruz qaldı.

Hazırda dünyada gedən proseslər manata nə vəd edir? Avronun ucuzlaşması manatın gələcəyi üçün nə vəd edir?

Iqtisadçı Samir Əliyev bildirdi ki, əslində Böyük Britaniyanın AB-dan çıxması qərarı olacağı təqdirdə, avro və funtun dəyər itirəcəyi proqnozlaşdırılan idi. S.Əliyevin sözlərinə görə, Britaniya funtunun daha çox ucuzlaşacağı gözlənilirdi. Son 31 ildə funtun dollardan da aşağı səviyyəyə düşdüyünü deyən S.Əliyev vurğuladı ki, amma artıq prosesin 3-cü günü avro və funtun mövqelərini bir qədər geri qaytardığı müşahidə olunur: “Dünya bazarında valyutanın oynaması təbii ki, manata təsir edir. Manatın məzənnəsi dollara nisbətdə dəyişir. Hazırda cərəyan edən proseslər gələcəkdə Britaniya dövlətinin parçalanma ehtimalını ortaya qoyur. Bu bir müddət funtu təzyiq altında saxlayacaq. Amma müxtəlif fikirlər səslənsə də, mən Avropa Birliyinin dağılması ehtimalını aşağı sayıram”.

S.Əliyevin fikrincə, Azərbaycanda yenidən dollara tələbatın yüksək olması təsadüfi deyil. Azərbaycanda bir müddətdir ki, dollara tələbatın yüksək olduğunu deyən S.Əliyev bildirdi ki, mayın sonundan başlayaraq hərraclarda iştirak edən bankların sayı çoxalıb. Halbuki mart və aprel aylarında hərraclarda iştirak edən bankların sayı çox az idi: “Tələbatın bir səbəbi bankların borc öhdəliyidir. Banklar götürdükləri kreditlərlə bağlı borc öhdəliyini yerinə yetirməlidirlər. Ikinci amil turizm faktoru ilə bağlıdır. Çünki Azərbaycan vətəndaşı xaricdə istirahətə gedəcəyi təqdirdə dollara ehtiyac duyur, bu üzdən bu məqam da dollara olan təlabatı artırır”.

S.Əliyevin qənaətincə, dollara tələbatı artıran daha bir faktor psixoloji amildir. Çünki Britaniyanın qərarı həftə sonu çıxdığından banklara müraciəti o qədər də kəskin etməmişdi. Amma həftənin əvvəlindən banklar fəaliyyətə başlayandan dollar alışı yenidən artıb: “Yaxın bir həftə, on gündə dolların bahalaşması davam edəcək. Iyulda ola bilsin ki, bu istiqamətdə müəyyən sabitlik olsun. Hətta manatın möhkəmlənməsi də mümkündür. Çünki vergi ödənişləri edilməlidir. Bu zaman isə manata tələbat artacaq. Digər bir səbəb isə panikanın tədricən azalması olacaq. Bu üzdən iyuldan bazarda müəyyən səngimə yaşana bilər”.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar