Polis polkovnikini və ailə üzvlərini öldürənlərin həbs müddəti uzadıldı

Rusiyada məhkəmə Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi, istefada olan polkovnik Andrey Qoşt və onun ailə üzvlərinin ölümündə şübhəli bilinən şəxslər barəsində həbs qərarının müddətini uzadıb.

APA-nın “samara.aif.ru” saytına istinadən verdiyi xəbərə görə, cinayətdə təqsirləndirilən Azərbaycan vətəndaşları- 24 yaşlı Orxan Zəhrabov, 23 yaşlı Roman Fətəliyev, 22 yaşlı İslam Babayev, Tacikistan vətəndaşı 23 yaşlı Məhmədəli Əhmədov oktyabrın 24-dək həbsdə qalacaqlar.

Qeyd edək ki, keçmiş polis rəisi A. Qoşt və 5 ailə üzvü (polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri) Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb.

Öldürülənlərin meyitləri bu il aprelin 24-də səhər aşkar olunub. Yalnız onun 7 yaşlı qızı sağ qalıb. Hadisədə şübhəli bilinən 3 azərbaycanlı mayın 3-də tutulub.

M. Əhmədov isə bir neçə gün sonra Düşənbədən gələrkən Moskvanın "Domodedovo" hava limanında saxlanılıb.

Qətlin qarət məqsədilə törədildiyi ehtimal edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar