​"Milan" klubu yeni baş məşqçisini rəsmən açıqlayıb

Tərəflər arasında 2 illik müqavilə imzalanıb

İtaliyanın "Milan" klubu komandaya rəhbərlik edəcək baş məşqçinin adını rəsmən açıqlayıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar"ı Vinçentso Montella çalışdıracaq.

Tərəflər 2 illik müqaviləyə qol çəkib. Yerli mətbuatın iddiasına əsasən 42 yaşlı mütəxəssis "Milan"da ilinə 2,3 milyon avro qazanacaq.

Qeyd edək ki, V.Montella məşqçilik karyerası ərzində yalnız İtaliya klublarını çalışdırıb. O, "Roma", "Kataniya", "Fiorentina", və "Sampdoriya"nın baş məşqçisi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar