Azərbaycan millisinin bütün lisenziyaları ləğv olundu

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarına yollanmaq şansını itirib.

 Buna Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) komandamızın bütün lisenziyalarını ləğv etməsi səbəb olub.

IWF az öncə 1 kişi, həmçinin “wild card”a ümid etdiyimiz, lakin rəsmən almadığımız 1 qadın idmançımızın vəsiqəsini ləğv etmişdi. Buna səbəb isə Hyustonda keçirilən dünya çempionatı zamanı 6 ağırlıqqaldıran - Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun qanından götürülən analizin müsbət nəticə verməsi idi. Diskvalifikasiyaya məruz qaldıqlarından onların 2015-ci il dünya çempionatında topladığı xallar da millimizin hesabından silinib.

Nəticədə 2 dünya çempionatının yekununa əsasən 135 xalla 16-cı yerdə olan komandamız 31-ci pilləyə enib. Yığmamızın hesabından isə 83 xal çıxılıb. Bu da o deməkdi ki, ağırlıqqaldıranlarımızın Rio arzuları puç olub.

Millimizin son 2 dünya çempionatındakı çıxışının nəticəsinə əsasən 4 lisenziya ilə Olimpiadaya yollanması gözlənilsə də, yekunda 1 atletimiz belə Braziliyaya getməyəcək.

Bununla, indiyədək Rioya 56 lisenziya qazanan Azərbaycan yığmasının daha 3 lisenziyası əlindən alınıb.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 9-da keçirəcəyi iclasda London-2012-də orqanizmindən götürülən analizin təkrar yoxlanışı zamanı müsbət nəticə verən Boyanka Kostova ilə bağlı da qərarını açıqlayacaq.   /Apasport.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar