QMİ-nin sabiq sektor müdirinin cinayət işi məhkəməyə göndərilib

Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlu barəsində olan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Bu barədə “Report”a E.Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işi üzrə aparılmış istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar