“Dağlıq Qarabağ münaqişəsinin eskalasiya potensialı var" - ATƏT sədri

“Dağlıq Qarabağ münaqişəsinin eskalasiya potensialı var".

APA-nın RIA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Cənubi Qafqaz regionuna səfərə yola düşməzdən öncə jurnalistlərə açıqlamasında deyib.

O, gərginliyin azaldılması üçün ATƏT sədrliyinin məsuliyyət daşıdığını bildirib: “Almaniyanın ATƏT-ə sədrliyi dövründə biz atəşkəs rejiminin möhkəmləndirilməsi, etimadın yaradılması və tez bir zamanda danışıqların başlanması yolu ilə belə təhlükələrin azaldılması üçün məsuliyyət daşıyırıq”.

Qeyd edək ki, ATƏT sədrinin bu gün regiona səfəri başlayır. Bu gün o, Ermənistanda rəsmi görüşlər keçirəcək, ATƏT sədri Azərbaycana sabah gələcək. Onun hər iki ölkədə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olacaq.

Ştaynmayer iyulun 1-də Gürcüstana gedəcək və ATƏT PA-nın illik sessiyasına qatılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar