Yeni direktorlar vəzifələrinə təsdiq olundular

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir neçə institutunun yeni direktorları vəzifələrinə təsdiq olunublar.

"Report" xəbər verir ki, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunan səyyar iclasında qəbul edilib.

Rəyasət Heyəti institutlarda keçirilən seçkilərin nəticələrini təsdiqləyib. Akademik İbrahim Quliyev Neft və Qaz İnstitutunun, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutunun, fizika-riyaziyyat üzrə elmlər doktoru Oqtay Səmədov Radiasiya Problemləri İnstitutunun, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutunun, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, tarix üzrə elmlər doktoru Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli isə AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə təsdiq ediliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar