Amerikalı səfir Qarabağa qanunsuz səfər edib

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Dağlıq Qarabağa səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal olunmuş torpaqlara səfəri zamanı Evans separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

Görüşdə “Ermənistanın uşaqları” təşkilatının sədri Karo Armen də iştirak edib.

Con Evans Qarabağa yardım göstərən həmin təşkilatın direktorlar şurasının məsləhətçisidir.

O 2006-cı ilin sentyabrına qədər ABŞ-ın Ermənistandakı səfiri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar