İsrail hökuməti Türkiyə ilə razılaşma sənədini təsdiqlədi

İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, 7 nazir sənədin lehinə, 3-ü isə əleyhinə səs verib.

Məlumata görə, İsrailin müdafiə naziri Aviqdor Liberman, maarif naziri Naftali Bennet və ədliyyə naziri Ayelet Şaked sənədin təsdiqlənməsinin əleyhinə olublar.

Razılaşmaya görə, İsrail 2010-cu ildə "Mavi Mərmərə" hadisəsi zamanı həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Bundan başqa, İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşını öldürmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar