Finlandiya referendum keçirməyəcək - Aİ-dan çıxmaq barədə

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Finlandiya, Avropa İttifaqından (Aİ) çıxmaq barədə referendum keçirmək niyyətində deyil. Bu barədə ölkənin xarici işlər naziri Timo Soyni məlumat verib. O, ölkəsində «avroskeptik» (Aİ-dan çıxmaq tərəfdarı - red.) kimi tanınan «Həqiqi finlər» partiyasına rəhbərlik edir.

Bundan bir qədər əvvəl Soyninin partiyadaşlarından biri ölkəsinin Aİ-da gələcək taleyinin müəyyən olunması üçün səsvermə keçirmək məqsədilə imza toplamağa başlamışdı.

Xatırladaq ki, ötən həftə britaniyalılar referendumda Aİ-dan çıxmağa səs verdikdən sonra, ittifaqın bir sıra ölkələrinin siyasətçiləri analoji referendumun keçirilməsini təklif etmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar