Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu gün Tərtər, Ağdam və Füzuli rayonlarında 1 ferma, 5 əkin sahəsində 16 partlayış yerinə baxış keçirilib. ANAMA-dan verilən məlumata görə, baxış zamanı Tərtər və Füzulidə 5 ədəd partlamamış hərbi sursat (1 ədəd A-462, 122 mm-lik top mərmisi və 4 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Gün ərzində 28 620 kv.m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 29 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 27 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 557 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar